Deyirik ki, indi şəkər ağ ölümdür
Bu ağ ölüm nə vaxtdan peyda oldu?
Mənim yadıma gəlir ki, Ağdam şəhərində ,1965-75 ci illərdə hər səhər tezdən məktəbə gedərkən şirin çay içərdik , ətirli çörəklə , üzlü pendiri kərə yağı ilə qarışdırıb dürmək edərdik. Təndirimizdə bişirilən çörəklər, fətirlər bir həftə qalsa da, pilək kimi yum – yumsaq qalardı
Anam hər dəfə xəmir yoğvurarkən bir tikə balata ( acıtma) saxlayardı ki, növbəti dəfə xəmir yoğvurarkən mayadan istifadə edəndə məəttəl qalmasın.
Su dəyirmanlarında üyudülmuş bugda unundan nənələrimiz ətirli çörək bişirərdilər. Çörəyin ətrindən istahamız açılardı.
Elə gün olmazdı ki, şirin çay içməyək. İlməzdik ki, şəkər xəstəliyi nə deməkdik . O illərdə qəndin, şəkər tozunun keyfiyyətinə fikir verərdilər.Yayda yaylaqlara – Kəlbəcərin İstisuyunda , Taxta başında , Şusanın Turşsuyunda aylarla alaçıq qurub , sağlam gümrah yaşayardıq .
Elə ki, SSRİ dağıldı. Ermənistandan 500 min soydaşımız dədə-; baba yurdundan qaçqın, köçkün vəziyyətinə düsdülər.
Evləri ,malları,mülkləri, var- dövlətləri dolu qaldı, nankor, gəlmə erməni quldurlarına qismət oldu . Haqq səsimiz esidilmədi.
Ermənilər , ermənipərəst Qorbaçovun məkrli siyasətindən istifadə edərək ərazi iddiaları edərək daha da azğınlaşdılar .
Qarabağı Azərbaycandan qopartmaq üçün cəzasizlıqdan quduraraq min bir hiylələrə əl atdılar .
Sumqayıtda çaxnaşma yaradaraq , özləri hadisə görədərək dünyaya yaydılarki, guya Azərbaycanlar erməniləri qovur, lakin erməni daşnaqları Sumqayıtda yaşayan ermənilərin bir neçəsini öldürərək plan üzərində hərəkət etdilər. Biz Azərbaycanlılar isə sadəlovlüyün ucbatindan özümuzə qənim kəsildik.
Öz içimizdə duşmən axtardıq. Bu caxnaşmada iştirak edən ermənilər aradan çıxdılar öz azərbaycanlilarınızı özümuzünkülər tutdular, güllələdilər.
Erməniyə qarşı muqavimət göstərən soydaşlarımız həbsə atildılar.
Düşmən yeni – yeni ərazilərimizi işğal etdikcə öz rəhbərlərimiz bizə
– ” emosiyalara uymayın, hissə qapılmayın” – deyərək əl qolumuzu buxovladılar .
İgid ogullarımız həm ermənilər tərəfindən, həm də öz milli satqinlarımız tərəfindən qətlə yetirildilər.20 Yanvar faciəsini də məhz yarı rus yarı erməni ordusuyla torətdi. Bakı al qana qərq olundu. Yuzlərlə günahsiz insanlar qətlə yetirildi.
Qarabağ müharibəsi alovlandı. Rus ordusu ermənilərin tərəfində Azərbaycanlılara qarşı vurusdular.
Azərbaycanın haqq səsi esidilmədi.
Xocalıların müsibəti dünyaya yayılsa da hegomon dövlətlər susaraq seyrçi mövqe tutdular .
Azərbaycanın qeyrətli oğulları sərhəddimizi qorumaq ücün əvvəllər öz xərclərinə silah sursat alaraq vətəni müdafiə etmək üçün səfərbər oldular, könüllü batalyonlar yaradıldı. İgid oğullar düşmənə qarşı mübarizəyə qoşuldular .
20 mindən çox soydaşlarımız ərazi butövlüyümüzü qoruyarkən şəhid oldular Ermənilər isə rusların texnikası və canlı qüvvələrindən istifadə edərək yurdumuzu isğal etdilər …
Azərbaycanda mustəqillikdən istifadə edən əksər məmurlar mustəqil hərəkət edərək sərvət toplamaqla, rüsvətxorluqla məşğul oldular.
Dərəbəylik dövrü bu gün də davam edir..Torpaqlarımız i28 ildir ki, şğal altındadir. torpaqlarımizi geri qaytarmaq əvəzinə , hər nazir, icra başçısi nəsə qopartmaga çalısdı. Var dövlət hərislərinin başları ruşvətə qarisdı.
Kəmiyyət ön plana çəkildi. Bütün sahələrdə keyfiyyət nəzarət şöbələri ləğv olundu. Xalq nəzarətinin adı qaldı. Alverçiləri vaxt var idi ki, polis tutub həbs edirdisə də , müstəqillik qazandıqdan sonra
alvercilər biznesmenlərlə, fermerlərlə əvəz olundu. Bazar iqtisadiyyatından istifadə edərək dövlətlər arasinda ticarət əlaqələri genişləndirildi. Azad ticarət və azad iqtisadiyyat hökm sürdü. Sahibkarlara qaşının üzərində gözün var deyən olmadı. Geni dəyişdirilmiş məhsullar, saxta dərmanlar, narkotik vasitələr geniş miqyas aldı. Qaçaqmalcılıq bütün sahələri əhatə etdi.
İnsanlar söz azadlığına nail oldular . Söz də qiymətdən, dəyərdən düşdü.Jurnalistika sahəsində də təsadüfi insanlar peyda olmağa başladılar. Qərəzkar və məddah yazılar mətbuatımızı bürudü .Mətbuata rəhbərlik edən Prezidentin köməkcisi vəzifəsindən sui istifadə edərək milyonlara sahib oldu. Jurnalistlərə tikilən evlər pulla satıldı.
Yeri gəlmişkən onu da deyim ki, iki il əvvəl qonşumuz Ədilxan jurnalistlərə tikilən binada işləyərkən kranın dəmiri rəhmətliyin baş nahiyəsinə düsərək faciəli surətdə həlak olarkən yazigin qani da batmisdir .Əyri düzü kəsməyə başladı. Məddahlar yazarlar bir- biri ilə bəhsə girişirdilər. Ermənilər isə işğal olunmuş torpaqlarımızda rahat qatıır oynatmağa başladılar . Komandan əmr verdi .
Ordumuz Aprel döyüşlərində strateji yüksəklikləri ələ keçirdilər. Nəhayət ki ölkə rəhbəri qətiyyətli addımlar atmağa başladı.
Kremlin təpgisiylə ordumuz təzyiqlərə məruz qalaraq hücumu dayandirmaga məcbur edildi.
Onu da qeyd edim ki,Prezidentimizin ətrafinda olan yaltaq yalaqlananlar əhalinin ərizələrini gizlədərək ölkə Prezidenti ilə xalq arasında narazılıq salmağa başlasalar da , Prezident dələduzları , rüşvətxorları bir – bir zərərsizləsdirməyə başladı.
Məhz geni dəyisdirilmiş məhsulların qarşısını almaq üçün islahatlar aparıldı . İnanıram ki suni yetisdirilən tərəvəz məhsullarina da bir əncam çəkiləcəkdir.
Prezidentin sərəncamı ilə Qida Təhlukəsizliyi Agentliyi yaradildı. Saxta kərə yağı istehsal edənlər, qəndi boyayıcı maddələrlə ağardan dələduz şəbəkələr ifşa olunmağa başladı. At, eşək əti kəsib satan haramzadələr məsuliyyətə cəlb olundu.
Bu gun də ölkəmiz saxtakarlığa, ruşvətxorluğa qarşı səfərbər olunub.
Prezident öz ətrafına sağlam qüvvələri yiğmağa başlayıb..
Prezident administrasiyasınin əvvəlki rəhbərliyi dovründə yarıtmaz kadr islahatları bəhrə vermədi. Belə icra basçılarının əmsəriyyəti əhaliyə qənim kəsilərək onları incitməyə başladilar.
Bu gün hər bir məmur məsuliyyət hissini artırmalıdir
Rusvətxorların iç üzü açılmağa başlayıb. Ərazimizin 20 faizi düşməndə olan ölkəmizin məmurları xalqa kömək etmək əvəzinə , rusvətə aludə olmamalıdırlar.
Nə yaxşı ki, Prezident belə dələduzları cəzalandırır.
Ölkədə keyfiyyət ön plana çəkilməlidir.
Ruşvətxorluğun kökünü kəsməklə insanların yasayış tərzi də yaxşılaşmağa başlayacaqdır.
Usaq pullarının bərpa olunması , minumum pensiyaların artirilması da təcili öz həllini tapmalıdır.
Nə qədər ki,dələduz məmurlar öz şəxsi mənafeyi üçün calısacaqlar, onda biz nə Qələbəyə, nə də firavanlığa nail ola bilməyəcəyik. Odur ki , hər bir jurnalist obyektiv , qərəzsiz yazilar yazmalı, quduzlaşmış , harinlamıs məmurları faktlarla ifsa edərək Prezidentə kömək etməliyik.
Rauf İlyasoğlu