Atv də hər yarım saatdan bir belə bir zəhlətökən reklam verib gül kimi verilişlərin ləzzətini qaçırdılar: Kişidən kişi qoxusu gələr …”
Bir qara dərili güya ana dilimizdə hansısa şampunu , dezodarantı fonoqramla reklam edir. Mahir demişkən olan qalan ətimiz də tökülür. Vallah ayıbdır. Bu reklamı yarıçılpaq formada yox, daha mədəni formada nümayiş etdirmək olardı.
Atv rəhbərləri olmazkı, milli mənəvi dəyərlərimizi təbliğ etsin.
Gah halal kolbasa və sosisləri reklam edirlər. Həkimlər isə kolbasa və sosislər də çox istifadə etməyi məsləhət bilmirlər.
Yaxşı ki , ” morfetiniz varmı” deyə elə giç reklamları bir də vermirlər.
Hər bir şirkət öz geydirmə mallarını reklam edir . Televiziya rəhbərliyinə pul ödə , dizdən bir qarış yuxarı geyinən cavan qızları, səviyyəsiz danışan aparıcıları səhnəyə buraxacaqlar .Adamda gərək milli hiss olsun.
Nə yaxşıki, Tolikin və bir neçə qalmaqal yaradan səviyyəsiz aparıcıların verilişlərini ləğv elədilər.
Televiziya kanallarının nüfuzunu artırmaq üçün vətənpərvər verilişlərə üstünlük vermək lazımdır. 1920-30- cu illərdə qadın aktyorlar çatışmadığı üçün tək tük hallarda kişi aktyorlardan xahiş edərdilər, qadın rolunda tamaşa göstərdilər.
İndi isə əksər kişi aktyorları qadın rollarında şit, əttökən əyləncələr , konsert proqramları hazırlayaraq pul qazanırlar. Çox təəssüflə qeyd edək ki, insanlar da Coşgun və Rəfayılın bu verilişindən əylənirlər. Gənc aktyor kişilər də qadın rollarında çıxış etməyə həvəslə meyl edirl , tamaşaçıları güldürməyə çalışırlar. Gənclər Bayram Nurlulardan nə ibrət götürəcək?
Həssas tamaşaçıların əsəbləri ilə oynamaq olar?
28 ildən çoxdur ki, işğalda inləyən və Qarabağ boyda bir dərdi olan ölkənin dövlət və özəl televiziya kanallarında dönüş yaratmaq olmazmı? Belə duzsuz verilişləri təşkil edənlər nəinki tamaşaçıların, xüsusilə şəhid analarının qəlbini beləmi ovundururlar
Əziz oxucular, siz nə deyirsiniz?
Rauf İlyasoğlu