Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin təklifi əsasında, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçiriləcək Tarixi həqiqətlər “Difai” filminin çəkilməsi adlı layihənin müqaviləsi bağalanmışdır. Səlis Proqramı ilə başlanmış müqavilədə layihənin 3 ay müddətində 01 iyul 2020-ci tarixdən 01 oktyabr 2020-ci il tarixinə qədər davam edəcəyi əksini tapıb. Layihənin icrası əsasında “Difai” filmi çəkiləcək. Azərbaycan Demokratik Cumhuriyyətinin ideyalarına və mövcud zamanın tələblərinə uyğun olaraq, ermənilərin və Rusiyanın Azərbaycan əhalisinə vurduqları zərələrin qarşısının alınması məqsədi ilə yaradılmış “Difai” təşkilatının ideyalarının müəllifi və yaradıcısı Əhmıd bəy Ağaoğludur. Filmdə “Difai” təşkilatını yaradanlar, və idarə edənlər haqqında da məlumat veriləcəkdir.
Layihənin icrasının həyata keçirilməsi üçün çəkiləcək “Difai” filmində Azərbaycan türklərinin qarşılaşdıqları problemlər, Difai təşkilatının həmin problemlərin həllidə göstərdiyi fəaliyyət öz əksini tapacaq. “Difai” Filminin ssenari müəllifi Etibar Məmmədovdur. “Difai” filmi Vətən Tv medya Şirkəti tərəfindən çəkiləcək.
Layihə rəhbəri, MVQSYİB-nin sədri Radə Abbas