Bu Qarabağ müharibəsinin fədakar döyüşçüsü olmuş, Ukrayna Azərbaycanlıları Diaspor təşkilatının Dnepropetrovsk şəhərinin sədri Zöhrab Cəfərovun böyük qardaş, Qarabağa dönmək həsrəti ilə yaşayan, Qarabağ müharbəsinin 2-ci qrup Fədai-Qazisi Yusifəli Cəfərov 11 may 2020-ci il tarixində Hamısıah rəhmətinə gedərək hak dərgahına qovuşdu.
1955-ci ilin fevral ayında Qarabağın Xocəvənd rayonunda dünyaya gələrək orada böyüyümüş Cəsur və fədakar döyüşçümüz Yusifəli Cəfərov 1991– ci ildə könüllü olaraq Azərbaycan Milli Ordusunun yaranmasında yaxından iştirak edərək milli ordumuzun xüsusi təyinatlı bayaliyonun tərkibində zabiti kimi, Qarabağın Xocavənd, Şuşa, Laçın, Tərtər və Fizuli rayonlarında torpaqlarımızın bütövlüyü uğrunda ermənilərə qarşı gedən döyüşlərdə əvvəzssiz igidliklər göstərərək iştirak etmişdir.
Yusifəli Cəfərov 1991-ci il yanvarın 9-da Laçından Şuşaya yollanarkən, Qaladərəsi kəndi yaxınlığında erməni hərbiçiləri tərəfindən amansızcasına qətlə yetirilən Salatın Əsgərovu öldurən ermənninin izinə düşərək, onu Şuşanın Daşaltı meşəsində tutaraq əsir kimi qoluna iplə bağlayıb gətirərkən, bundan xəbərt tutan ermənilər Yusifəliini meşədə mühasirəyə alsalarda o, igidlik göstərib döyüşərək ermənilərin mühasirəsini yarib əsiri Azərbaycan ordusuna təfil vermişdi.
Fətən–Fədaisi Yusifəli Cəfərov Azərbaycanın müstəqilliyi və inkişafı üçün əlindən gələn köməkliyi dövlətimizdən əsirgəməyərək, Azərbaycan Dövlət Siyasəti istiqamətində və gənclər arasında vətənpərvərlik ruhunun aşılanmasında, yaxından iştirak edərək şəhid aillərinə və qazi qardaşlarımızın tibbi–sosiyal problemlərinin həllində yaxından iştirak edərək onlardan öz köməkliyini əsirgəmirdi.
O, Fədai müharibə qazisi kimi, Veteran hərəkatı xətdi ilə, dəfələrlə əsgərlərimizin döyüş ruhunu qaldırmıası, vətəni sevməyi, vətəni göz bəbəyi kimi qorumaları üçün təbliğat aparır onlara öz köməyliyini əsirgəməmişdir.
Yusifəli Cəfərovun ən böyük amalı və arzusu əbədi və əzəli torpaqlarımızın ermənilərdən təmizləyib azad etmək üçün yenidən döyüşə getməyə hazıridi və bunu böyük ümüdlə səbirsizliklə gözləyirək, bu ağrılı Qarabağı yükünü və problemi gənc nəsilə saxlamamaqımızı istəyirdi. Amma təssüflər olsun ki, vaxtsız ölüm Qarabağ, Xocavənd, Şuşaya qaytmaq hsrətilə yaşayan qəhrəman Qazimizə o, torpağlara qayıtmasına macal vermədi.
Həyatda həmişə haqq sözünü deməkdən çəkinməyən, vətənpərvər, sədaqətli, təəssübkeş, böyük ürəyə malik səmimi insan, Fədai – Qazi dostumuz Yusifəli Cəfərovun vaxtsız vəfatı biz müharibə veteranlarını və qazilərini bərk sarsıdaraq təsüfləndirdi.
Qazi qardaşımız Yusifəli Cəfərovun vaxtsız vəfatı ilə əlaqədar olaraq mərhumun döyüşçü qardaşları və yaxın dostları, Azərbaycan Xalq Azadlığ Hərakatının öndərlərindən və Milli Ordumuzun ilk Fədai komandirlərindən biri olmuş Xudu Xudiyev, Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti Sərraf Orucov, Qarabağ-harayı İctimai Birliyinin sədri Aygün İbrahimova, Azərbaycan Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnfişaf Fondunun Prezidenti Ədalət Məhərrəmov,“Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Rövşən Ağamaliyev, “Dünya və Ana uşaqları” İctimai Birliyinin sədri Dünyaxanım Əliyeva, “Beynəlxalq Əlillər Cəmiyəti ” İctimai Birliyinin sədri Tahir Xudiyev, Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun viçe-prezidenti Tərlan Səlahi, “Aztəminatlı Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək” İctimai Birliyinin sədri Vahid Abbasov, “Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Asəf Əliyev, “Respublika Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin sədri Firudin Məmmədov və ehtiyatda olan polkovnik Elşən Məhərrəmov, ehtiyatda olan polkovnik–leytenant Aydın Zeynalov mərhumun qardaşı və biz döyüşçülərin döyüşçü qardaşımız olmuş Fətən–Fədaisi Zöhrab Cəfərova, mərhumun həyat yoldaşına və onun ailə üzvülərininə dərin kədər hissi və hüznlə baş sağlığı verərək onlara Hamısıahdan səbir diləyirik.
Hamısıah səni rəhmət eləsin Fədakar Qazi qardaşımız, Məkanın Cənnətlik olsun.