Dünya dövlətlərinin koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə apardığı hazırkı dövrdə Azərbaycan bu qlobal təhlükədən maksimum az itkiylə çıxmaq üçün atdığı çevik və qətiyyətli qərarları ilə seçilir. Eyni zamanda ölkəmizin vətəndaş cəmiyyəti institutları, xüsusi ilə QHT-lər COVİD-19 pandemiyasına qarşı mübarizə sahəsindəki dövlət siyasətinə yaxından dəstək verərək vətəndaşların maarifləndirilməsində və onlara müxtəlif cür yardımların göstərilməsində fəal iştirak edirlər. Koronavirusa qarşı mübarizə sahəsində ölkəiçi fəaliyyətlərlə yanaşı həmçinin, müxtəlif formatlı beynəlxalq həmrəylik aksiyaları da keçirilir. Rusiyanın məşhur “Rus Velikaya” Beynəlxalq Fondu da böyük kollektivlə vətəndaşlara immuniteti gücləndirən məhsullar paylayır. Kampaniyanın məqsədi xüsusilə yaşı 65-dən çox olan insanları evlərində vitaminlərlə zəngin məhsullarla təmin etməkdir. Rusiyanın 9 şəhərində həyata keçirilən xeyriyyə aksiyasına müxtəlif ölkələrin QHT-ləri də dəstək verir. İndi isə estafeti Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının koordinatorluğu ilə Azərbaycan götürüb. Bu xeyriyyə kampaniyası çərçivəsində Azərbaycan QHT-ləri ölkənin müxtəlif ərazilərində ehtiyaclı yaşlı insanlara ərzaq yardımları göstərir.
Hazırda bu kampaniyada ölkənin 22 QHT-si iştirak etsə də ona qoşulanların sayı artmaqdadır.
Qeyd edək ki, xeyriyyə kampaniyasının estafetini Azərbaycanın götürməsi xəbərini Rusiyanın bir çox tanınmış media orqanı işıqlandırıb. Rusiyanın müxtəlif tanınmış saytlarında (https://russia24.pro/moscow/242521477/; https://pikabu.ru/story/yestafeta_immuniteta_7405490; https://m.ru24.net/moscow/242521477/ və s.) Azərbaycan QHT-lərinin keçirdiyi yardım kampaniyası haqqında məlumat yayımlanıb.
Xatırladaq ki, “Rus Velikaya” Beynəlxalq Fondu 2019 -cu ildə yaradılıb. Rusiyanın mötəbər və tanınmış ictimai xadimlərinin üzv olduğu təşkilatın beynəlxalq əlaqələr üzrə vitse-prezidenti həmyerlimiz Səadət Qarayevadır.
Kampaniyaya qoşulan QHT-lər aşağıdakılardır:
1. Təmiz Dünya Qadınlara Yardım İB
2. Azərbaycan Qadınları Respublika Cəmiyyəti
3. “Lira” Gənc İstedadlar İB
4. “Cığır” Mənəvi Dəyərlərin İnkişafına Dəstək İB
5. Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İB
6. Neftçala Qadınlarının Sosial İnkişafına Dəstək İB
7. Sabirabad Qadınlarının Sosial İnkişafına Dəstək İB
8. Vətəndaşların Sosial Rifahı Naminə İB
9. “Gələcəyə Qayğı” Regionların Sosial İqtisadi İnkişafına Dəstək İB
10. Ekoloji Təmiz İstehsalçıları və İxracatçıları İB
11. Əlil Qadınlar Cəmiyyəti
12. Psixoloji Xidmət və Tədqiqatlar İB
13. Əlilliyi olan Uşaq və Gənclərin İdmana İnteqrasiyası İB
14. Ahillara və Tənhalara Dəstək İB
15. Peşəyönümlü Təhsilin İnkişafına Yardım İB
16. “Yeni Yol” Gənclərin Maarifləndirməsi İB
17. “Damla” Aztəminatlı Ailələrə Qayğı İB
18. Regional İnkişafa Yardım İB
19. “Tərtər rayonu sosial-iqtisadi və kənd təsərrüfatının inkişafına dəstək” İB
20. Gənclərin Töhfəsi İB
21. Respublika Qadınlar Cəmiyyəti
22. Dünya Azərbaycanlılar