Milli həmrəyliyimiz, məsuliyyətli davranışımız öz bəhrəsini verəcək

Sosial Rifah və Tədqiqatlar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının real.tv ilə birgə başladığı “evdə qal, cəmiyyəti qoru” kampaniyasını vaxtında atılmış vətənpərvər addım kimi qiymətləndirir. Vətəndaş Cəmiyyəti İnstitutlarının belə məqamda

dövlətimizin yanında olması, cəmiyyətdə maarifçilik işinə töhfə verməsi zəruri məsələdir. QHT sektoru bu prosesdə də öz potensialını düzgün dəyərləndirərək insanlar arasında məlumatlandırma işinə dəstəyi öz bəhrəsini verəcək.

Belə çətin vaxtlarda milli həmrəyliyimiz, məsuliyyətli davranışımız, hər bir kəsin, Azərbaycan vətəndaşının bu prosesə imkanı daxilində köməyi və nəhayət Hamısıahın mərhəməti millətimizin nicatı olacaq. Bu yolda hər kəsə uğurlar və məsuliyyətli fəaliyyət arzulayıram.

Çox müsbət haldır ki, Azərbaycanın Vətəndaş Cəmiyyəti İnstitutları Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının real.tv ilə birgə başladığı “evdə qal, cəmiyyəti qoru” çağrışlarına inamla qoşulublar.

Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri

Əkrəm Bəydəmirli