AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİ YANINDA OPERATİV QƏRARGAHA

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİ YANINDA OPERATİV QƏRARGAHA
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri cənab Azay Quliyevə

HESABAT
Əsgər Ailələrinə Dəstək ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və REAL TV-nin başlatdığı ölkəmizdə Koronavirus epidemiyasının geniş yayılmasının qarşısının alınmasına ictimai dəstəyi təmin etmək məqsədilə “Evdə qal, cəmiyyəti qoru” adlı ictimai monitorinq və məlumatlandırma kompaniyasına qoşuldu. 30 mart 2020-ci il tarixdə Bakı şəhərində bir neçə yerdə olduq. İlk gözə dəyən küçələrdə insanların sərbəst şəkildə gəzişməsi idi. Onlar müxtəlif yaş qrupunda olan vətəndaşlardı. İki fakt aşkarladıq ki, məsuliyyəsiz valideynlər körpə uşaqları küçəyə çıxarırlar. Əhalinin səksən faizində qoruyucu maska, əlcək yox idi. İnsanlarla söhbət aparmağa başladıq. Onlara vəziyyətin ciddi olduğunu təbliğ etdik. İradlarımıza cavabları o oldu ki, apteklərdə qoruyucu maska, əlcək, spirt yoxdu. Apteklərdə də reydlər apardıq. Qeyd etdiyimiz ləvazimatlar olmadı. Satıcılardan səbəbi soruşanda qeyd edildi ki,3 gündən bir 50 ədəd maska verilir. Digər ləvazimatlarda da çatışmamazlıq var. Qiymətlər də narahat etməyə başladı. 10 qəpik olan maska 30 , 5-10 qəpik olan əlcək 20, 50 qəpik olan spirt 70-80 qəpiyə qaldırılıb. Maska və əlcək hər gün dəyişməlidi. Belə çıxır ki, orta hesabla vətəndaş 10 günə 7 manat 10 qəpik vəsait xərcləməlidir. Bir ailədə 5 nəfər varsa bu 35 manatdan çox vəsait edir. İnsanlarımızın çoxu dövlər müəssələrində işləmirlər və onlar gündəlik 5-10 manat qazanırlar. Hər ailədə də bəzən 1-2 nəfər çalışır. Əlavə etsək ki, vətəndaşların 60 faizi kirayələrdə yaşayırlar durumun nə qədər qorxunc olduğu narahatlıq doğurmalıdır. İnsanları narahat edən onların hər gün güzəranının ağırlaşmasıdır. Açıq deyirdilər ki, ya xəstəlikdən ya da imkansızlıqdan öləcəyik. İkinci Dünya müharibəsində bütün resursları ilə cəbhəni təmin edən Azərbaycan insanı bu gün milyonçu bir ölkənin vətəndaşı olaraq niyə belə fikirləşməlidir. Monitorinqin nəticəsi olaraq aşağı məsələləri təklif eirik-
1. Təcili insanlara maddi yardımlar göstərilsin
2. Qoruyucu maska, əlcək, spirtin satışı apteklərdə deyil ailə sayına və bir ay müddətlik olmaqla evlərə çatdırılsın
3. Banklara təcili kredit borclarının minimum iki ay müddətinə tələb və faizlər dondurulsun
4. Tənha insanlara hazır yeməklər evlərə aparılsın
5. Azərbaycanda olan tikiş müəssisələri təcili maska istehsal etmək üçün müvəqqəti təyinaını dəyişsin
6. İnternet və digər mobil xidmətlərin keyfiyyəti yaxşılaşdırılsın
7. Kommunal xidmətlərdə limit ləğv olunaraq iki aylıq müvəqqəti ödənişlər dayandırılsın
8. Fövqəladə vəziyyət elan olunduqda çox ciddi işləyən vətəndaş cəmiyyəti təmsilçilərinə və jurnalistlərə icazə vəsiqələri verilsin. Həmin şəxslərdən ibarət ictimai nəzarət qrupları yaradılsın
9. Rayon yerlərində əhali arasında daha çox məlumatlandırılma aparılsın
10. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatları canlı yayım vasitəsi ilə televiziya və sosial şəbəkələrdə işıqlandırılsın
Əsgər Ailələrinə Dəstək ictimai birliyinin
sədri Mətanət Əsgərqızı