Bu gün 19-03-2020-ci il “Həkəri” qəzetin baş redaktoru, əziz və dəyərli şairimiz Rauf Ilyasoglu Hamısıahverdiyevin dünyaya gəldiyi gündür. Fürsətdən istifadə edib Rauf Hamısıahverdiyevi səmimi qəlbdən təbrik edirəm! Hər misrasında böyük bir dünya yaşadan, sözü də özü kimi səmimi və saf olan Rauf İlyasoğlunun doğum günü fikrimcə həm də poeziyanın doğum günüdü.
Hər şair yaratdıqları ilə töhfəsini verib söz səltənətinə. Sözlə doğulub, sözlə yaşayıb, sözlə də yaddaşlara hopub. Elə o üzdən də sevilən və ürəklərə köçən şairlərin doğum günü həm də poeziyanın doğum günü kimi gəlir mənə. Rauf müəllim, hər zaman şair dostlarının, gənclərin yanında olub və bacardığı qədər də öz qəzetində onlara yer ayırıb, onları dərc edib və dostların tanınmasında köməklik edib. Rauf müəllimin yaşadıqları, insanlığı, düşüncələri onun yaradıclığının əsasını, ana xəttini təşkil edir. Yazdıqları sevdirib onu. Oxucu qəlbinə istedadı və yaradıcılığı ilə hakim olub. Hər yazdığı yeni şeiri ilə də könüllərdəki yerini möhkəmləndirib. Cəsarəti sadəliyindən və saflığından, istedadı isə ədəbiyyata məftunluğundan yaranıb. Rauf müəllim, sevdiyi Vətənin həqiqi mənada övladına çevrilib. Hər birimizin dəyər verdiyi, gözəl insan, Hamısıah sizə sağlam canla uzun ömür versin. 61 yaş nədir ki, 100 yaşayın! Gün o gün olsun 100 illiyinizi qeyd edək! Dünyaya gəlişiniz mübarək! Gücüm yalnız bu sözləri söyləməyə çatdı, əziz insan, dəyərli şairimiz Rauf İlyasoğlu Hamısıahverdiyev!
Hörmtlə: Vüsal Ağayev