Azərkitab Təbliğat Mərkəzində Azərbaycan Respublikasının xalq artisti, professor, prezident təqaütcüsü, Şöhrət və Şərəf ordenli, xanəndə Canəli Əkbərovun 80 illik yubileyi keçirilmişdir.Tədbiri giriş sözü ilə acan, “Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” təşkilatının prezidenti Tofiq Əli-zadə bildirdi ki, muğam sənəti əsirlərdən bizə miras qalmış və bu günümzə kimi gəlib catan milli sərvətimizdir.Tofiq Əli-zadə xalq artisti Canəli Əkbərovun həyaı və mugam ifaçılığı ilə baglı danışarkən soylədi ki, o müəllimləri Seyid Şuşinski və Xan Şuşinskidən muğam ifaçılığının qayda-qanunlarını mənimsəmiş və öz ifaçılıq qabiliyyətini təkmilləşdirərək , 1965 ildən başlayaraq uzun illər Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1976-cı ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur. Xanəndə teatr səhnəsində muğam operalarında bir sıra yadda qalan obrazlar: Məcnun və İbn-Səlam (Ü.Hacıbəyov – “Leyli və Məcnun”), Şah İsmayıl (M.Maqomayev – “Şah İsmayıl”), Aşıq qərib (Z.Hacıbəyov – “Aşıq Qərib”) opera partiyalarını yaratmışdır. Canəli Əkbərov xarici ölkələrdə – Almaniyada, Malidə, Avstriyada və s. ölkələrdə dəfələrlə qastrol səfərlərində olmuşdur.Səmərqənddə keçirilən Şərq musiqi simpoziumunda və Rusiyada Şərq xalqlarının musiq festivalında böyük nailiyyət əldə etmişdir. Canəli Əkbərov ifa etdiyi bütün muğamlar dəsgahlar vallara və disklərə yazılmlşdır. Canəli Əkbərov uzun illər muğam müəllimi kimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Muğam sənəti” kafedrasının müdiri vəzifəsində çalışarkən, gənc xanəndələr nəslini yetişdirmişdir. Sonra xalq artisti Canəli Əkpərovun haqqında cəkilmiş video lentlərə baxış oldu
Cıxış edənlərdən “Söz”ədəbi-publisistik jurnalının baş redaktoru Sevda Əlibəyli, “Sabaha İnamla.az” saytının baş redaktoru Namiq Məmmədli, Azərbaycan-Türkmən Eli birliyinin sədri Aygün Hüseynli,fəlsəfə doktoru Elvin Talışınski, əməkdar artist Nuriyyə Hüseynova və başqaları mugam ifacılığ sahəsindəCanəli Əkpərovun əvəz olunmaz xidmətləriindən danışdılar
Daha sonra cıxış edən xalq artisti Canəli Əkpərov tədbirə gələn qonaqlara və şəxsən Tofiq Əli-zadəyə minnətdarlığını bildirdi və soylədi ki, “Hamısıah mənə gözəl ürək, dil-ağız, göz verib, cəmiyyətdə davranmaq qayda-qanunlarını, dövlətçiliyə sadiq qalmaq mədəniyyətini bəxş edib. Sənətdə bu qədər uğur qazanmışam, dilimin düzlüyü, sədaqətimlə yalan danışmağı bacarmamışam. Düşmənimə də verdiyim sözə əməl edirəm. Sənətdə sağlam rəqabətçiyəm. Vaxtilə özümdən böyük sənətkarlara hörmət saxlamışam, onlara oğulluq, qardaşlıq məhəbbəti etmişəm. İndi onlar mənim özümə qayıdır”. Muğam ifaçısı həyatının ən sevincli və kədərli günlərindən də danışıb. O, pis günlərə sinə gərməyi bacardığını deyib: “Övladlarım, nəvələrimə həyat vəsiqəsi vermişəm. Amma çox istərdim ki, ata-anam mənim bugünkü durumumu görəydilər, cənab prezidentin mənə bəxş etdiyi evdə süfrə başında əyləşəydilər. Ən pis günümsə 3 uşaq anası cavan qız övladımı itirməyim oldu. Mən valideyn kimi nə lazımdır etdim, amma dünyasını dəyişdi, özümü çox aciz saydım”.