Yaqub Eyyubov və Etibar Pirverdiyev haqda şok fakt: Hektarlarla torpaq sahələri üzə çıxdı

Bir neçə gün öncə baş nazirin birinci müavini Yaqub Eyyubovun Qusarda böyük torpaq sahələri vəfındıq bağları alması haqqında araşdırmaçı-jurnalist Cavanşir Həsənli məlumat yazmışdı. İndi bu barədə təfərrüatlar məlum olub.

NOCOMMENT xəbər verir ki, jurnalist Cavanşir Həsənli Yaqub Eyyubovun həmin bağları və torpaq sahələrini “Azərenerji”nin keçmiş rəhbəri Etibar Pirverdiyevlə şərik aldığını iddia edib:

Yaqub Eyyubov
Yaqub Eyyubov

 

“Söhbət ümumilikdə 344 hektar sahədən gedir. Onun 98 hektarı Qusarın Çubuqlu, 246 hektarı Həsənqala kəndinin torpaqlarını əhatə edir. Hansı ki, həmin ərazilər adıçəkilən kəndlərin sakinlərinə məxsus olub və xeyli əvvəl “QRANT QARDEN” MMC tərəfindən zəbt edilib.

Etibar Pirverdiyev
Etibar Pirverdiyev

“QRANT QARDEN” MMC-nin sahibi Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzlinin yaxın adamı kimi tanınan zəngilanlı iş adamı Xaliq Abbasovdur.

May be an image of açıq Havada

Xaliq Abbasovun müxtəlif şəxslərin adına banklara böyük miqdarda borcu olduğu haqqında dəfələrlə məlumat yayılıb. Görünür Xaliq Abbasov bu səbəbdən torpaq sahələrini Yaqub Eyyubova satmalı olub”.

May be an image of açıq Havada və bunu deyən yazı "Hasanqala, Azarbaycan h Google 200 ft 50 m"

May be an image of açıq Havada və bunu deyən yazı "Çubuqlu kandi, Qusar"