Türkiyə böyük hava əməliyyatına başlayır

Türkiyənin PKK-ya qarşı genişmiqyaslı hava əməliyyatına başlayacağı gözlənilir.

Dunyaxeber.com Axar.az-a istinadla xəbər verir ki, bu açıqlama ilə SETA xarici siyasət araşdırmaçısı Can Acun çıxış edib.

“Türkiyə bir tərəfdən İraqa kilidlənib, Sincarı hədəf alır. Bütün bunların qarşılığında isə terror təşkilatlarının Türkiyəyə qarşı müharibəyə başladığını söyləyə bilərik. Türkiyəni cavab verməyə məcbur edirlər ki, ABŞ Ankaraya qarşı siyasətini sərtləşdirisin. PKK son vaxtlar Suriya rejimi və Rusiyaya qarşı da sərt mövqe sərgiləməyə başlayıb”, – C.Acun vurğulayıb.