Sahibkarin İlham Əliyevə müracəti

YEMƏKDƏN ÜMİD YAXŞIDIR..

(Balakən rn.sahibkar fermerlərin sikayyəti əsasında)
2018ci ildə Azərtütün MMC-nin tütün emalı zavodu tərəfindən aldadılaraq Hüquqları pozulan Balakən rayon tütün istehsalının bir qrup sahibkar fermerləri
14.08.2019cu ildə Azerbaycan respublikası prezidenti ILHAM ƏLİYEV cənablarına TELEQRAM ünvanlamışlar..
Teleqramda qeyd edildiyi kimi Balakən rayonu tütün istehsalı ilə
meşgul olan bir qrup sahibkarlar: başda
Alqayev Ramazan Əhməd oğlu
Abdurahmanov Manaf Cəbrayıl oģlu
Kosayev Şəmsəddin Qurban oğlu
Əlibekov Rəşid Məhəmməd oğlu,
Şahverdiyev Badruddin Üzeyir oğlu və 32 nəfər qrup üzvü.. qeyd etmək lazımdır ki, qrup üzvüləri
Şəhid ailələrindən, Qarabağ əlilərindən və müxtəlif millətlərin nümayəndələri olan sahibkarlardan ibarətdir.
Sahibkarlarin ən çox zərərçəkəni Alqayev Ramazan öz sikayyətində:
torpağın məhsuldarlıq güçünün aşağı olması və Aqrotexniki qulluğun olmaması ilə əlagədar min əzab-əziyyətlə, alın təri ilə əldə etdikləri məhsul mənimsənilərək, haksızlığa uğramışlar. Zərərçəkən sahibkar fermerlər bu haksızlığa görə bir çox agentliklərə şikayyət etmələrinə baxmayaraq əlagədar təşkilatlardan qənaətbəxş cavab almamışlar.
Həhayyət ki, son ümidləri Prezindentimiz ILHAM ƏLİYEV cənablarına ünvanladıqları TELEQRAMA qalıb..
Nəhayyət ki, 14.08.2019cu ildə PA.yollanılan şikayyət ərizəsinə 27.06.2019cu ildə cavab geldi.. PA.da 5nəfər Sahibkarı Azer Əmiraslanovun müşaviri Lətif Qasımov qəbul edir. Sahibkarları dinlədikdən sonra “sizin ərizələri baxılması üzrə Kənd Təsərrüfatı Nazirliyinə göndərmişik”- deyir…
Lətif Qasımov: bu işlə ciddi məşğul olub, nəzarət altında tutacağını, eyni zamanda zərərçəkmiş fermerlərin hakkında birbaşa PREZİDENT İLHAM ƏLİYEVƏ məruzə edəcəyini bildirir.
Zərərçəkmişlər bu dəfə də ümilərin boşa çıxdıqlarını hiss etsələrdə əlacsız deyilənlərə əməl etmək və gözləmək zorunda qalırlar. Necə deyərlər “YEMƏKDƏN ÜMİD YAXŞIDIR”.
Məmurların, IH.başçılarının xalqa etdikləri zülmlə bağlı Hörmətli Prezidentimizin çıxışları, bildirişləri özbaşınalığa öyrənmiş məmurları hələ də tutdukları qərəzli, zülmkar, millətin əlindəkilərə sahiblənmə yollarından döndərə bilmir. Prezidentimiz demişkən: “Xalqdan qorxmursunuz, Allahdan qorxun!!!”
Unutmayaq ki, hər kəsdən üstün ALLAH var. 2 ildir (2019-2021) PA.na İLHAM ƏLİYEV cənablarına ünvanlanmış Sahibkarların ŞİKAYYƏT ƏRİZƏSİNİ ümidlə Aç qalmış 36nəfər ailə başçısından çörək gözləyən Şəhid ailəsi, Qarabağ Əlil-qazi ailəsi və ölkəmizdə yaşayan azsaylı müxtəlif millətlərin nümayəndələrinin ailəsi ac ümidlə xəbər gözləyirlər. İNSAF sizə qalıb yoldaş məmurlar.
Belə gətirməyin məzlumu dilə,
Gözündən qan gələr bil gilə-gilə.
Oruç tut, namaz qıl, sən tövbə elə.
Getsən də Məkkəyə, muqeddess elə,
Örtsə də suçunu Mələklər belə,
Düşünmə, İLAHİ günahdan silə.
NAİLE MURADOVA.
30.01.2021