Qırğızıstanın Əməkdar hüquqşünası Avropa İnsan Haqları Məhkəməsi və BMT-yə müraciət etdi

Qırğızıstan Respublikasında yaşayan Azərbaycanlıların Azəri İctimai Birliyi Azərbaycanın minalanmış ərazilərinin xəritələrinin verilməsi ilə bağlı Ermənistana təsir göstərməyinizi xahiş edir. Ermənistanın minalanmış ərazilərin xəritələrini verməməsi, 10 noyabr 2020-ci ildə imzalanan Azərbaycan, Rusiya və Ermənistan liderləri arasındakı üçtərəfli müqavilənin kobud şəkildə pozulmasıdır. Bu razılaşma Ermənistanla Azərbaycan arasındakı düşmənçiliyə son qoymağa yönəldilən bir sənəd idi. Hazırda Azərbaycan Respublikası azad edilmiş torpaqlarında təhlükəsizlik və dinc həyatın təmin olunması üçün hər cür səy göstərir. Bununla belə, məcburi köçkğnlər ərazilərdə hələ də minaların olduğu üçün evlərinə qayıda bilmir. Minalanmış ərazilərin xəritəsini təqdim etməmək müharibə cinayətidir. Qarabağ müharibəsinin bitməsindən bəri 7 ay ərzində bu ərazilərdə onlarla dinc sakin artıq minaların qurbanı olub. 4 iyun 2021-ci ildə, Kəlbəcər rayonunun Susuzluk kəndi ərazisində, azad edilmiş ərazilərdə çəkiliş aparan Azərbaycan Televiziyası və Azərbaycan Dövlət Xəbər Agentliyi AzərTAC-ın əməkdaşları minanın partladılması nəticəsində şəhid olublar. Ermənistan rəhbərliyinin minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtina etməsi, geri çəkilmə zamanı Ermənistan ordusu tərəfindən Azərbaycan ərazilərinin minalanması və təxribat qrupları vasitəsi ilə minaların yerləşdirilməsi, daha çox insanın ölümünə yol açan yeni münaqişə ocaqlarının yaradilmasına gətirib çıxara bilər. Biz, Qırğızıstan azərbaycanlıları, göstərilən bölgədəki mövcud vəziyyətdən narahatıq və təəssüf edirik ki, minalanmış ərazilərin xəritələrini təqdim etmək üçün Ermənistana beynəlxalq təzyiq göstərilməməsi səbəbindən qurbanların sayı hər gün artır və bu baxımdan Ermənistan rəhbərliyi tərəfindən 10 Noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmanın ciddi şəkildə həyata keçirilməsi üçün əlaqədar beynəlxalq təşkilatlardan insan hüquqları rəşkilatlarını təsirli tədbirlər görməyə çağırırıq. Əks təqdirdə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, Ermənistan daha da çətin vəziyyətdə qalacaq. Razılığa gəlmələri, Azərbaycanın yaratdığı yeni real imkanlardan istifadə etmək deməkdir və qarşı tərəf bu son fürsətini qaçırmamalıdır. Hörmətlə, Əzizağa Əliyev Qırğızıstanda “AZƏRİ” İctimai Birliyinin sədri, Qırğız Respublikası Baş Prokurorluğu Fəxri işçisi, ədliyyə polkovniki və Qırğızıstanın əməkdar hüquşünası Bişkek şəhəri. 06.06.2021-ci il.