Qarlı hava nə qədər davam edəcək? – Rəsmi cavab

Ölkə ərazisində əlverişsiz hava şəraiti bugün gün ərzində davam edəcək, fasilələrlə qar yağacaq, bəzi rayonlarda qarın yaması intensiv olacaq.

Milli Hidrometeorologiya Xidmətinin direktoru Umayra Tağıyeva Modern.az-a bildirib ki, Azərbaycana çox soyuq hava kütləsinin daxil olması nəticəsində hava şəraiti kəskin dəyişib. Respublikanın əksər rayonlarına qar yağıb.Bakıda və Abşeron yarımadasında əmələ gələn qar örtüyünün hündürlüyü 5 sm-ə yaxındır. Ən çox qar Böyük Qafqazın rayonlarına düşüb ki, burada əmələ gələn qar örtüyünün hündürlüyü yarım metrə çatıb:

“Bu proses güclü küləklə, çovğunla müşayiət olunub. Rayonlarda küləyin maksimal sürəti saniyədə 28 metr, Bakıda və Abşeron yarımadasında 25-28 metrə çatıb ki, bu da açıq dənizdə dalğanın hündürlüyünün 6 metrə qədər qalxmasına səbəb olub”.

U.Tağıyeva əlavə edib ki, fevralın 25-də səhər saatlarından başlayaraq, proses səngiyəcək.yağıntılar tədricən kəsiləcək.