Neftcilər xəstəxanasının həkim persanalınin fedakarliği

Neftçilər Xəstəxanasının hazırda COVID-19-a yoluxmuş xeyli xəstə müalicə alır.

Mən Mərkəzi Neftçilər Xəstəxanasının  həkimlərin və tibb bacılarının fəaliyyətini haqqinda  gördüklərimi catdırmaq istəyirəm.Xəstəxanadakı Həkim  NATİQ ƏLİYEV və iki tibb bacılarının Beydullayeva  Teyyubə yusif qızı,Köcəriyeva Rəna Rəhi qızının fədakarlığından danışmaq istəyirem
! Neftcilər xəstəxanasının həkim persanalı,xəstələrə cox diqqətliİi idilər. İki tibb bacıları xəstələrə  xüsusi diqqet yetirirdilər. Şahidi olduğum bir xəstə kişi can üstəydi,  tib bacısı Teyyubə bütün  gecəni xəstənin ölməyinə imkan vermədi.Sözün əsil mənasında belə fədakar tib bacıları cox azdı.  Azərbaycan xalqı bu dövrdə gördülər ki, həkimlər içdikləri Hippokrat andına sadiqdir, öz vəzifə borclarını şərəflə yerinə yetirirlər. Həkimlərin arasında yoluxanlar da var və onlar öz həyatını risk altına ataraq xəstələri müalicə edir, onları həyata qaytarırlar.  Azərbaycan həkimlərinə eşq olsun!

Sədaqət Seyidzadə