Neapol və Florensiyada Xocalı soyqırımı ilə bağlı lövhələr yerləşdirilib

Xocalı faciəsinin 29-cu ildönümü çərçivəsində İtaliyadakı Azərbaycan İcması Assosiasiyası Neapol və Florensiya şəhərlərinin müxtəlif yerlərində Xocalı soyqırımına aid çoxsaylı lövhələr yerləşdirib.
Bu barədə İtaliyadakı Azərbaycan İcması Assosiasiyasından məlumat verilib.
Bildirilib ki, lövhələrdə soyqırımı zamanı qətlə yetirilənlərin və itkin düşənlərin sayı, bu müharibə cinayətlərinin Ermənistan tərəfindən törədilməsi faktı, habelə faciəni əks etdirən şəkillər öz əksini tapıb.