“Moody’s” “Xalq Bank”ın reytinq üzrə proqnozunu iki pillə yüksəltdi


“Moody’s Investors Service” beynəlxalq reytinq agentliyi “Xalq Bank” ASC-nin fəaliyyətinin nəticələrini təhlil edərək Bankın reytinqlərini yeniləyib. Agentlik “Xalq Bank”ın yerli və xarici valyutada uzunmüddətli öhdəliklər üzrə reytinqini B2 səviyyəsində təsdiqləyib və həmin reytinq üzrə proqnozu iki pillə yüksəldərək “pozitiv” olaraq qiymətləndirib.

Agentlik Bankın kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (“Baseline Credit Assessments”) B3 səviyyəsində, yerli və xarici valyutada qısamüddətli və uzunmüddətli kontragent riski reytinqini (CR Assessments) B1(cr)/“Not Prime”  səviyyəsində, qısamüddətli bank depozitləri, qısamüddətli kontragent riskinin reytinqi NP səviyyəsində təsdiqləyib.

“Moody’s” ekspertləri “Xalq Bank”ın reytinq üzrə proqnozunu “Pozitiv“ olaraq qiymətləndirilməsini maliyyə qurumunun aktivlərinin yüksək keyfiyyəti, onun dayanıqlığı, risklərin qarşısını almaq qabiliyyəti və sistem əhəmiyyəti ilə əlaqələndirir.

“Xalq Bank” ASC  “Moody`s Investors Service” beynəlxalq reytinq agentliyi ilə 2011-ci ildən əməkdaşlıq edir.