Mahir Qurbanov Səudiyyə Ərəbistanı saytına müsahibə verdi

“İspaniyada və ispandilli Latın Amerikasında yaşayan və fəaliyyət göstərən ərəb icması ilə də əməkdaşlıq etmək planlarımız var”.
Sfera.az bildirir ki, bu barədə Azərbaycan – Iberoamerika Düşüncə Mərkəzinin sədri Mahir Qurbanov Səudiyyə Ərəbistanının “garbnews.net” xəbər saytına bildirib.
Müsahibədə deyilir ki, Azərbaycan – Iberoamerika Düşüncə Mərkəzi bu yaxınlarda Latın dünyasının ərəb əhalisi ilə də əlaqələrini gücləndirməyə başladı.
“Əsas məqsədlərdən biri də ispandilli ərəblərlə əməkdaşlıq potensialını gücləndirmək,eyni zamanda Azərbaycan mədəniyyəti və tarixinə dair müxtəlif məqalələr dərc edərək Azərbaycanı tanıtmaqdır”, – deyə Mərkəzin direktoru Mahir Qurbanov vurğulayıb.