İordaniyada “Le Royal” hoteli Azərbaycan bayrağının rənglərində işıqlandırılıb

İordaniya Haşimilər Krallığının Əmman şəhərində Azərbaycan Respublikasının bayrağı göz oxşayıb.

Diasporla İş üzrə  Dövlət Komitəsindən Musavat.com-a bildirilib ki, İordaniyadakı Azərbaycan diasporunun təşəbbüsü ilə 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə Əmman şəhərindəki “Le Royal” hoteli Azərbaycan bayrağının rəngləri olan göy, qırmızı və yaşıl rəngdə işıqlandırılıb.

Musavat.com