GƏNCƏ PEDAQOJİ DÖVLƏT UNİVERSİTETİNƏ AĞIR İTGİ ÜZ VERİB.

Həyatda elə insanlar var ki, onların ömrü cırağa bənzəyir. Özündən çox, ətrafına işıq saçır. Onlar, üçün ömür kamilliyə gedən yol, vətən, xalq üçün yaşantıdır. Belə ömür sahibləri təkcə özləri üçün yaşamırlar. Belələri daim elm öyrətmək, yaxşılıq etmək, mərhəmət görsətmək rəftarında olurlar. Belə insanlar Allahın seçilmiş bəndələridirlər.. Məhz bu seçilmişlərdən biri də öz etibarlılığı, səmimiliyi, mehribanlığı, qohumcanlığı ilə sevilib, seçilən, ziyalımız, Pedaqoji Dövlət Universitetində 50il müəllimə vəzifəsində çalışan fəxrimiz MƏMMƏDOVA GÜLNAZ QULU qızı idi..
Gəncə Pedaqoji Dövlət Universitetinə ağır itgi üz verib…
MƏMMƏDOVA GÜLNAZ QULU qızı Allahın dərgahına qovuşdu. Əfsuslar olsun ki, ölüm aman vermədi.. Daima elm öyətdiyi tələbələrinin, onu sevən əzizlərinin gözlərində əksi canlanacaq, xatirəsi qəlbimizdə, səsi qulaqlarımızda olacaq..
Ailəsinə, övladlarına, əzizlərinə dərin hüznlə baş sağlığı veririk..
Ruhu şad olsun..
Allahdan sənə rəhmət diləyirik əzizimiz
G Ü L N A Z M Ü Ə L L İ M Ə !!!