Bu gün şairlər günudür deyirlər.Bayramınız mübarək qələm dostlarım!

Bu gün şairlər günudür deyirlər.Bayramınız mübarək qələm dostlarım!
Bəxtəvər şeirlərim!
Siz bəlkə də mənim ən şah əsərim,
Ən böyük mənəvi bir sərvətimsiz
Zamanın hökmündə aciz qaldığım,
Ən doğru,ən düzgün həqiqətimsiz.
…………..
Siz söz naxışımda qızıl ilmələr,
Mən isə günahkar toxucunuzam
Siz ağ vərəqlərə həsrət seirlər,
Mən isə yeganə oxucunuzam.
…………
Gəlin inciməyin məndən nə olar,
Mən sizi qəlbimə toxuyacağam
Həyatda ən sadiq oxucunuz tək,
Gecə də,gündüz də oxuyacağam.
…………
Cahan da sirrini gizli saxlayır,
Onun hikmətini heç kəs bilməyir
Allahdan ki böyük həqiqət yoxdur,
Axı,O da gözlə heç görünməyir.
…………..
Mən sizin ecazkar nəğməniz ilə,
Cismani ömrümü yaşayacağam.
Dünyadan en böyük sərvətim kimi,
Əbədi dünyama daşıyacağam.
……….
Ey yaz nəsimi tək həzin nəğməli,
Sirli ,möcüzəli, tər şeirlərim
Elə varaqlara köçməməsilə,
Bəlkə də bəxtəvər,şah şeirlərim
Minirə Dadaşqızı