Təhsil eksperti Kamran Əsədovun ,rəqqasə Oksana Rəsulovanın universitetdə çıxışını tənqidi fikirləri izləyicilərin etirazına səbəb olub.

Dunyaxeber.org un əldə etdiyi məlumata görə Təhsil eksperti Kamran Əsədov şəxsi sosial platforma hesabında  ” Rəqqasə Oksana “Naxçıvan” Universitetində qonaq olub, öz həyat və iş təcrübəsini tələbələrlə bölüşüb” xəbərini paylaşaraq tənqidi fikir bildirib.
Paylaşımın şərh bölməsində izləyicilər tənqid olunan fikirlə razılaşmayıblar.

Həmin fikirləri təqdim edirik.
“Siz oxumuş adamlarsınız, siz bilərsiniz, bu rəqqasə xanım ali təhsil müəssisəsində təhsil alan tələbələrə nə öyrədə bilər? Hansı potensial təcrübəsini danışa bilər?”