QHT Agentliyi 2022-ci il qrant müsabiqəsinin mövzularını müzakirə edib – FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.
QHT.az xəbər verir ki, iclasın gündəliyinə Agentliyin növbəti qrant müsabiqəsinin mövzularının müəyyən edilməsi, Qrant müsabiqəsi üçün təqdim edilən layihə sənədlərinin – ərizə, layihə təklifi, xərclər smetası və fəaliyyət planını təsdiqi, dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə razılaşdırılmasına dair Təlimatın təsdiq edilməsi, “Rəy Komissiyası”nın dövlət orqanları tərəfindən daxil olan məlumatlar əsasında təqdim etdiyi müraciəti, Agentliyin İcraçı direktorunun təqdimatı və cari məsələlər daxil edilib.
Daha sonra iclasın gündəliyinə daxil olan məsələlərlə bağlı qərarlar qəbul olunub və cari məsələlər müzakirə edilib.