Dünya Ana Uşaq İctimai Birliyinin Agcabədi rayon regional şöbəsi öz ənənəsini davam etdirir

Dünya Ana Uşaq İctimai Birliyinin Agcabədi rayon regional şöbəsi öz ənənəsini davam etdirir.Yenə xeyirxah əlini uzadaraq yeni bir ailənin təməlinin qoyulması üçün gənclərə dəstək oldu.Gənclərimiz Elşən bəy və Röya xanımın toy mərasiminin təşkil olunması üçün Agcabədi rayon Xan Çinar restoranının rəhbəri İlqar bəyin çox böyük dəstəyi oldu.Toy mərasiminin təşkil olunması üçün bütün qaydalara riayət olunmuşdur.Restoran bütün gigienik qaydalarla tam təmin olunmuşdur.Belə ki, işçi heyəti maska, əlcək və başqa tələblərlə düzgün təmin olunmuşdur.Restoranın rəhbəri İlqar bəy gənclərimizə xoşbəxt ailə həyatı arzuladı.Biz İctimai Birlik olaraq xoş niyyətli, vicdanlı, əli açıq İlqar bəy sizə çox təşəkkür edirik.Bizim arzumuzu yerinə yetirərək bu gənclərə köməklik göstərdiyiniz üçün Hamısıah köməyiniz olsun.