Noyabrın 30-da Xızı rayonu ərazisində Qaraheybət aviasiya poliqonunda təlim uçuşları yerinə yetirən Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması ilə bağlı ibtidai araşdırmaların ilkin nəticələri bəlli olub.
Bu barədə “Real TV”nin süjetində qeyd olunub.
Süjetdə qeyd olunur ki, qəza baş verən zaman helikopter yerə toxunuşlarının arası bir neçə saniyə olmaqla iki dəfə dəyib. Birinci çırpılmada bəzi hissələr, o cümlədən kiçik təkər, maşına məxsus pilləkən və raket bloku gövdədən ayrılaraq kənara düşüb.
Ehtimal edilir, məhz təkan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovu helikopterdən kənara atıb.
Daha sonra helikopterin pərinin fırlanmasının gücü, eləcə də torpaqla toxunuşdan sonra maşının gövdəsinin yerin üzəri ilə dartılaraq sürüşməsi ikinci təkana səbəb ola bilərdi. Bu isə yanacaq çənini yırtıb. Beləliklə, yanacaq bayıra axmağa başlayıb. Anı qığılcım nəticəsində yanğın baş verib. Torpaq səthinə ikinci çırpılma ilə baş verən yanğın partlayışla nəticələnib və 14 nəfər həlak olub.
Ətraflı süjeti təqdim edirik: