“Uçuş zamanı helikoterdə nə nasazlıq olub, nə də ki helikopterə aid hər hansısa məhdudiyyəti aşma halı olub”.
Bunu Dövlət Sərhəd Xidmətinə məxsus helikopter qəzasında yaralanan polkovnik-leytenant Emil Cəfərov deyib.
O, helikopterin uçduğu hündürlüyün məsafəsini açıqlayıb:
“Hava şəraiti də normal idi. Helikopter normal hündürlükdə – təxminən 150-200 metr hündürlükdə uçurdu. Ancaq qəzanın baş verdiyi eniş zamanı hündürlüyü dəqiq deyə bilmərəm.
Sərnişin kabinəsində olduğum üçün pilotun hansı manevrlər etdiyini deyə bilmərəm”.
Səbuhi Musayev