-“Evdə qalaq, sağlam olaq!”-“Evdə qalaq, sağlam olaq!”

Ziyalı Ocağı İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə reallaşdırdığı-“Pandemiyaya qarşı mübarizə istiqamətində aztəminatlı ailələrə sosial yardımların paylanması işinin təşkili” çərçivəsində -“Evdə qalaq, sağlam olaq!” -adlı ərzaq yardımı kompaniyasının təşkilati işlərini davam etdirmişdir. Bu barədə məlumatı layihə rəhəri Ziyalı Ocağı İctimai Birliyinin sədri İlahə Əliyeva verib. O qeyd edib ki, respublikamızda pandemiyadan əziyyət çəkən əhalinin sosial təminatına dəstək olmaq üçün layihənin əhatə etdiyi bölgələrdə camaat arasında oluruq, onları COVİD-19-la bağlı məlumatlandırır, maarifləndirici görüşlər keçiririk. Eyni zamanda sorğular və suallar əsasında az təminatlı ailələrə qismən dəstək olmaq üçün ərzaq yardımına daha çox ehtiyacı olan ailələri siyahıya alırıq. Bu siyahıya alma bizə onlara ərzaq dağıtımı zamanı lazım olacaqdır. Artıq Bakı, Sumqayıt və Abşeronda apardığımız ardıcıl görüşlər nəticəsində 37 ailəyə ərzaq yardımı məqsədi ilə talonların paylanılması tərəfimizdən müəyyənləşdirilmişdir. Təbii ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının koordinatorları tərəfindən monitorinq aparıldıqdan sonra talonlar müvafiq poçt şöbələrindən ünvanlara yol salınacaqdır.