“Dədə Ələsgər Ocağı” İctimai Birliyi layihəsinin icrasına başladı

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə vəsaiti ilə “Dədə Ələsgər Ocağı” İctimai Birliyi 2024-cü il kiçik qrant müsabiqəsi çərçivəsində həyata keçirəcəyi “Aşıq Ələsgər irsinin tanıdılması” layihəsinə start verildi. Üç ay (01.06.2024 – 01.09.2024) müddətinə icra olunacaq layihə çərçivəsində “Qərbi Azərbaycan ustad aşıqlar diyarıdır” adlı konsert proqramı təqdim ediləcəkdir.