Rusiya Prezidenti Vladimir Putin erməniəsilli Mikael Ağasandyanı Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) yanında daimi və səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edib.
Bu barədə dövlət başçısının aprelin 9-da rəsmi hüquqi informasiya portalında dərc edilmiş fərmanında bildirilir.
Digər sərəncamla bu vəzifəyə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Viktor Vasilyev təyin edilib.
Fərman imzalandığı gündən qüvvəyə minib.
Mənbə: İzvestiya