Dünya ana və uşaq ictimai birliyi və Dunyaxeber.com infomasya aqentliyinin bir qurup numayəndələri Dünyaxanim Əliyeva,şairə Səriyyə dumanli, məktəb direktoru Qasimov Aqil və Mingəcevirdən ictimai fəal Vəliyeva Ceyran xanım,Zəfər günü münasibətilə Şəhid Məhəmməd Murtuzovun valideyinlərini ziyarət etdilər.Şəhidin atası Ramazan kişi göz yaşlarını saxlaya bilmədən Məhəmmədin necə uşaq olmağından danışdı.
Məhəmməd Murtuzov oktyabrın 9-da Füzuli döyüşləri zamanı şəhid olub. Balakən rayonunun Xalatala kəndində torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Murtuzov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Murtuzov ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Murtuzov ölümündən sonra “Döyüşdə fərqlənməyə görə” medal ı ilə təltif edildi.
Canlarından keçməklə xalqın qəhrəmanlıq dastanını, azadlığını canı ilə qazanıb qanı ilə yazanlardır şəhidlər.
Məhz onların canı və qanı hesabına qazandıqları azadlıq və müstəqillik xalq tərəfindən heç vaxt unudulmur. Ona görə ki, şəhidlər xalqın kimliyini, mənliyini qoruyan insanlardır.
Onlar bir xalq qəhrəmanı olaraq zəncirləri qıraraq, zülmətləri yararaq, xalqı işıqlı sabaha aparan, ölümləri ilə ölməzlik qazanan əbədiyyətə qovuşmuş bəxtiyar insanlardır.Şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürurumuz, vüqarımız, fəxrimizdir.Azərbaycan xalqının and yerinə çevrilən, torpaqlarımız uğrunda qurban gedən balaları ilə fəxr edirik.Alahdan şəhidimizə rəhmət,valideynlərinə isə səbir diləyirik!