“Rusiya sülh müqaviləsinin bağlanmasında maraqlı deyil”

Brüsseldə AB Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Paşinyan arasında danışıqlarda ölkəmiz bir daha aydın mövqeyini ortaya qoydu. Bu da ondan ibarətdir ki,
Azərbaycan ərazilərinə giriş-çıxış yalnız və yalnız Azərbaycan qanunlarına uyğun mümkündür.

Bunu “Xalq Cəbhəsi”nə ekspert Əkrəm Bəydəmirli deyib.

Əslində belə mövqe beynəlxalq hüququn bütün prinsiplərinə uyğundur. Beynəlxlaq hüquqdan qaçanlar isə Ermənistanda çaxnaşma yaradanlar və onların havadarlarıdır:

“Brüssel görüşü zamanı və ondan sonrakı məqamda Rusiyanın davranışı ortadadır. Xankəndində separatçıların təşkil etdiyi mitinqlər, Azərbaycan mövqelərinin müxtəlif istiqamətlərdən atəşə tutulması təsadüfi sayıla bilməz. Bunun arxasında Rusiyanın dayanması mülahizəsi ondan xəbər verir ki, bu ölkə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasında maraqlı deyil. Müşahidələr göstərir ki, hətta öz əlaltıları vasitəsilə bu prosesə hər zaman əngəl olacaq. Rusiya tərəfi bir vacib məqamı anlamalıdır ki, belə məkrli siyasət həyata keçirməklə, separatizmi dəstəkləməklə Cənubi Qafqazda mövcudluğunu saxlamaq mümkünsüzdür”.

Cavid