Təqdimatın təşkilatçısı Milli Mədəniyyətin Təbliği İctimai Birliyi idi. Təqdimata toplaşan qonaqları Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin rəhbəri Jalə Cəfərova salamladı ‘‘ Bu gün on iki il öncə sosial şəbəkədə tanış olduğum ,şerləriylə mənim diqqətimi özünə çəkən çox dəyərli Veysəl bəyin işığına toplaşmışıq. Qarşımızda iki kitab var.‘‘Revmatizm‘‘,‘‘ O dünya‘‘. Gəlin kitabın redaktoru İlyas Arran bəyi dinləyək sonra hər kəsin fikirlərini eşidərik. ‘‘
İlyas Arran ‘‘Əminəm ki əlinizə aldığınız ‘‘O dünya‘‘ romanında hər bir oxucu özünə aid bir şeylər tapacaq. ‘‘Usta Veysəlin həyat və yaradıcılığından ətraflı məlumat verərək qonaqlarda xoş ovqat yaratdı.
Təqdimat boyu həm müəllifin həm də qonaqların ifasında Usta Veysəlin ,Ramiz Rövşənin,Səməd Vurğunun,Məmməd Arazın şerləri səsləndi.
Üç saat davam edən təqdimatda demək olar ki hər kəs eləcə də müəllifin övladları,tələbəsi,yaxın qohumları ürək sözlərini dedilər.
Gecədə Kanal 13 ün aparıcı müəllifi Rüfət Muradlı,professor Mayıl Yaqub, yazar Nəbibə Həbibi,”Dünya” ana və üşaqlar ictimai birliyi, Mirvarid Dilbazi Poeziya Məclisinin rəhbəri Güllü Eldar Tamarlı, yazar Süleyman Abdullayev, şairlərdən Ənvər Məsud, İlkin Şakir, ‘‘Ailələrə Dayaq xeyriyyə ib-nin rəhbəri Natavan Əliyeva, ictimai fəallar , xeyli sayda gənclər kitablarla həmçinin Usta Veysəllə bağlı fikirlərini paylaşdılar.
Təqdimat Usta Veysəlin gələn qonaqlara kitablarının imzasıyla yekunlaşdı.