“Dədə Ələsgər Ocağı” İctimai Birliyinin təşkilatçılığı ilə Maksim Sarıqayanın “Göyçə həsrətli bir ömür” kitabının təqdimatı keçirilib

“Dədə Ələsgər Ocağı” İctimai Birliyinin təşkilatçılığı ilə 9 mart 2023-cü ildə dəyərli şair, dəyərli müəllim Maksim Sarıqayanın “Göyçə həsrətli bir ömür” kitabının təqdimatı keçirilib

Tədbiri “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgərli açaraq bildirdi ki, Maksim Sarıqaya dəyərli ziyalı, dəyərli müəllim, dəyərli şair idi. Maksim Sarıqaya eyni zamanda Dədə Ələsgər sevdalısı idi. Dədə Ələsgər şeirlərinin təhlilində yaxından iştirak edirdi. Maksim Sarıqaya 70 illik yubileyində, aşıq poeziyasının inkişafında xüsusi xidmətlərinə görə “Aşıq Ələsgər 200” yubiley medalı və “Fəxri Diplom” ilə təltif edilmişdir.

Təqdimatda çıxış edən, tədbirin aparıcısı, şair-publisist Güllü Eldar Tomarlı, Maksim Sarıqayanın ailə üzvləri bacıları Əntiqə Cabbarlı, Zibeydə Cabbarova, oğlu Ceyhun Şamiloğlu, Mərdan müəllim, Dədə Ələsgər Ocağı İctimai Birliyinin idarə heyətinin üzvləri Rəşid Süleymanov, tədqiqatçı Araz Yaquboğlu, iş yoldaşı Nazim müəllim, Fərhad müəllim, Sayad müəllim, şair Qılman İman, Sakit Məsimov, Rəşid Məsimov, Seymur İsmayılov, Qabil Cabbarov, şair Xuraman Camalqızı, İlqar İsmayılov, publisist-yazar Məlahət İsmayılqızı, Tərxanım Museyibqızı, əməkdar mədəniyyət işçisi aşıq Bəhmən Göyçəli, aşıq Təbriz Vəliyev, aşıq Kərəm Vəliyev, QHT rəhbərləri Dünyaxanım Əliyeva, Qəmzə Yusubova, Esmira xanım və qohumları Maksim Sarıqaya haqqında öz xoş xatirələrini bölüşdülər.

Kitabın redaktorları Güllü Eldar Tomarlı, Araz Yaquboğlu, “Ön söz” müəllifi Salman Qaralar, məsləhətçilər Xətai Ələsgərli, Rəşid Süleymanov, şeirləri toplayanlar Əntiqə Cabbarlı, Ceyhun Şamiloğlu, dizayneri isə Vüsal Sehranoğludur. “Göyçə həsrətli bir ömür” kitabı şairin sayca yeddinci kitabıdır, ölümündən sonra işıq üzü görmüşdür.

RUHU ŞAD OLSUN!