İsmayıllı rayonunda ölümlə nəticələnən ağır yol-nəliyyat hadisəsi baş verib.
APA-nın xəbərinə görə, axşam saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun İsmayıllının Qubaxəlilli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Qubaxəlilli kənd sakini, 1979-cu il təvəllüdlü Əhmədov Anar Afiq oğlu idarə etdiyi “Hyundai” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb. Xəzər dənizində gəmidə işləyən Anar Əhmədov qəza zamanı aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.