“48 yaşım var, amma bioloji yaşım 34-dür”
Bu sözləri müğənni, Xalq artisti Tünzalə Ağayeva “Söhbət var” verilişində deyib.
Müğənni yaşından gənc görünməsinin səbəbini bioloji yaşının təvəllüd yaşından cavan olması ilə əlaqələndirib:
“İnsanın bir təvəllüd yaşı var, bir də bioloji yaşı, yəni orqanizminin yaşı…
Bəzən deyirlər, sən o yaşda görünmürsən. Bu, bioloji yaşın cavan olmasından irəli gəlir. Mənim bioloji yaşım 34-dür. Baxın təvəllüdümlə vücudum arasına necə fərq var”.