“Dövlət Məşğulluq Agentliyinə 2 ay əvvəl müraciət etmişəm, hələ də cavab gəlməyib” – İmişli sakini rəsmi qurumlardan ŞİKAYƏTÇİDİR

İmişli rayonu, Muradallı kənd sakini Eyvazova Elvira Umudvar qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. İşsizlikdən əziyyət çəkən şikayətçi yazır:

“Mən, Eyvazova Elvira Umudvar qızı, yazıb sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Məlumat verim ki, 3 uşaq böyüdürəm. İşləmirəm. Heç yerdən gəlirimiz yoxdur. Qızım əlildir. Uşaqları məktəbə göndərməyə imkanım çatmır.

İki texnikum bitirmişəm. İş vermirlər.

Kənd məktəbində diplomsuz insanlar işləyir, mənə isə “iş yoxdur” deyirlər.

Övladlarımın gələcəyi üçün bütün nazirliklərə müraciət etmişəm. Müraciətimi nəzərə alan olmayıb.

2 ay əvvəl Dövlət Məşğulluq Agentliyinə də müraciət etmişəm, hələ də cavab gəlməyib.

Saytınız vasitəsilə səlahiyyətli qurumlara müraciət edirəm. Xahiş edirəm, mənim işlə təmin olunmağıma köməklik göstərsinlər.”