“Ekol Mühəndislik Xidmətləri” QSC-də qanunsuzluqlara yol verən vəzifəli şəxslər kimə arxalanır – AÇIQ ÖZBAŞINALIQ…

Aktualinfo.org hələ iyul ayının əvvəllərində “Bakı Ağ Şəhər” layihəsi çərçivəsində neftlə çirklənmiş torpaqların təmizlənməsi ilə bağlı geniş məqalə yaymışdı. Məqalədə sözügedən ərazilərdə neftlə çirklənmiş torpaqların təmizlənməsi işlərini “Ekol Mühəndislik Xidmətləri” QSC-nin sifarişləri əsasında həyata keçirildiyini qeyd etmişdik.

Bir daha xatırlatmaq istərdik ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (51%) və xarici investor “Lancer Services S.A.” Şirkətinin (49%) pay iştirakı ilə 01.03.2006-cı il tarixində təsis edilmiş “Ekol Mühəndislik Xidmətləri” QSC 2010-cu ildən başlayaraq paytaxtımızda “Bakı Ağ Şəhər” layihəsinin icrasına qoşulub. Bu nəhəng layihənin iştirakçısı olaraq QSC “Yaşıl ada” ərazisinin köhnəlmiş neft sənaye obyektlərindən neft şlamının çıxarılması, anbarlaşdırılması və ərazidəki neftlə çirklənmiş torpaqların təmizlənməsi işlərini yerinə yetirir. QSC ərazidə neftlə çirklənmiş torpağın çıxarılaraq poliqona daşınmasını, yerinə münbit torpaq doldurub yaşıllıqların salınmasını indi də təmin edir.

Qeyd edək ki, ötən yazılarda keçən il QSC-nin Ağ şəhərdə çirklənmiş torpaqların təmizlənməsini işlərini “EL-85” Məhdud Məsuliyyətli Cəmiyyətinə verdiyini qeyd etmişdik. MMC-nin sözügedən işləri tenderdə udduğunu da yazmışdıq. Lakin dövlət satınalmalarının vahid internet portalında “Ekol Mühəndislik Xidmətləri” QSC-nin sözügedən tenderlə bağlı heç bir məlumat olmadığı da tərəfimizdən aşkarlanmışdı.

Qeyd edək ki, “EL-85” MMC-nin fəaliyyət sferası barədə açıq mənbələrdə heç bir məlumat yoxdu. MMC-nin maddi texniki bazası, işçi qüvvəsi barədə də həmçinin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Lisenziyaların və icazələrin vahid reyestri məlumatlarında MMC-nin tələb olunan lisenziya və icazələri haqqında da heç bir məlumat yoxdu.

Yalnız Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “EL-85 Məhdud Məsuliyyətli Cəmiyyətinin 21.10.2022-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, ƏHMƏDLİ ŞTQ, 2-Cİ ZEYTUN SOVXOZU , ev 143, m. 2, qanuni təmsilçisi kimi isə Qasımov Elqayıt Nurəddin oğlu qeyd olunub.

Göründüyü kimi “Ekol Mühəndislik Xidmətləri” QSC 2023-cü ildə bir əvvəl dövlət qeydiyyatına alınmış bir MMC-yə milyonlarla manat dəyəri olan dövlət sifarişi verib ki, bu da qanunla yolverilməzdir. “Ekol Mühəndislik Xidmətləri” QSC satınalma prosedurunda “EL-85” MMC-nin son 5 ildə analoji işlərdəki təcrübəsini, maliyyə və texniki imkanlarını nəzərə almadan müqavilə bağlamışdır ki, nəticəsi göz önündədir.

Redaksiyanın əldə etdiyi məlumata görə “EL-85” Məhdud Məsuliyyətli Cəmiyyəti Ağ şəhərdə çirklənmiş torpaqların təmizlənməsini işlərini heç də yüksək səviyyədə həyata keçirməyib. Hazırda MMC-nin təmizləyərək üstünü torpaqla örtdüyü yerlərdən yenidən neft tullantıları çıxır ki, bu da məcburən dənizə axıdılır. Bu isə ərazidə çirklənmiş torpaqların yenidən təmizlənməsini tələb edir. Bütün bunları Ağ şəhərdə, Bakı Mariott Hotelin ətrafında həyata keçirilmiş işlərdən görmək olar. Redaksiyamıza yeni verilən fotofaktlarda isə “EL-85” Məhdud Məsuliyyətli Cəmiyyəti Ağ şəhərdə çirklənmiş torpaqların təmizlənməsini işlərini heç də yüksək səviyyədə həyata keçirmədiyini bir daha sübut edir.

Verilən məlumatlarda həmçinin bildirilir ki, “EL-85” MMC nin heç bir texnikası yoxdur. MMC ağır tonnajlı yük avtomobillərini icarəyə götürür ki, bu da artıq vəsaitin xərclənməsinə gətirib çıxarır. Bundan əlavə avtomobillər çox vaxt məqsədli şəkildə yükü az doldurur ki, bu da gün ərzində 5 reys əvəzinə 10 reys etməsinə gətirib çıxarır ki, buradan da əlavə pullar yazılır. Göründüyü kimi “Ekol Mühəndislik Xidmətləri” QSC ilə “EL-85” MMC-nin bu işbirliyinin arxasında külli miqdarda dövlət vəsaitlərinin təyinatından kənarlaşdırılması dayanır.
Redaksiyamıza yeni verilən fotofaktlarda isə “EL-85” Məhdud Məsuliyyətli Cəmiyyəti Ağ şəhərdə çirklənmiş torpaqların təmizlənməsini işlərini heç də yüksək səviyyədə həyata keçirmədiyini bir daha sübut edir
Buna baxmayaraq“Ekol Mühəndislik Xidmətləri” QSC Pirallahı rayonunda 45 hektar neftlə çirklənmiş torpaqların təmizlənməsi işləri üzrə keçirdiyi tenderdə yenidən “EL-85” MMC-ni qalib seçib və 3 milyon manatdan çox dəyəri olan müqavilə bağlayıb. Sual yaranır. Əgər bu MMC Ağ şəhərdə üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirə bilməyibsə belə böyük həcmili bir işi bir daha sözügedən şirkətə həvale etmək nə dərəcədə doğrudur?
Qeyd edək ki, artıq “EL-85” MMC-nin Pirallahıda gördüyü işlərlə bağlı redaksiyamıza video və foto faktlar daxil olub. Bu fotofaktlar bir daha sübut edir ki, “Ekol Mühəndislik Xidmətləri” QSC “EL-85” MMC-ni heç də neftlə çirklənmiş torpaqların yenidən təmizlənməsinə işlərinə deyil, tamamilə başqa işlərə cəlb edib.
Qeyd edək ki, 2023-cü ilin oktyabr ayına qədər “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş direktoru Ramil Əliyev olub. Sözügedən tarixdən şirkətə rəhbərlik müvəqqəti olaraq Rəşad Mustafayevə həvalə olunub. O, bundan əvvəl “Cənub Qaz Dəhlizi” QSC-nin Baş direktorunun müavini olub və “Ekol Mühəndislik Xidmətləri”ndə hələ ki, Baş direktorun müşaviri vəzifəsinə gətirilib.
Amma əldə etdiyimiz məlumata görə “Ekol Mühəndislik Xidmətləri” QSC-də bütün layihələrin həyata keçirilməsində son söz Daxili Nəzarət İdarəsinin rəisi Orxan Ələkbərovdadır. Çünki Orxan Ələkbərovun arxasıda ötən ilin iyulunda SOCAR-ın vitse-prezidenti təyin olunmuş Əfqan İsayevin dayandığı bildirilir. Qeyd edək ki, Əfqan İsayev buna qədər “Cənub Qaz Dəhlizi” QSC-nin baş direktoru olub. SOCAR-da vitse-prezidenti təyin olunduqdan sonra “Cənub Qaz Dəhlizi” QSC- də müavini olmuş Rəşad Mustafayevi “Ekol Mühəndislik Xidmətləri” QSC-yə müşavir təyin edib.
Göründüyü kimi Əfqan İsayevin kadrları, Rəşad Mustafayev və Orxan Ələkbərov “Ekol Mühəndislik Xidmətləri” QSC-də özbaşınalıqlar edir, istədiyi kimi tenderlər keçirir, istədikləri şirkəti qalib çıxarırlar. Əfqan İsayev isə ekoloji idarəetmə sistemimizin yenilənməsi ilə bağlı açıqlamalar verir.
Araşdırmalarımız davam edir və bir sıra aidiyyatı qurumlardan “EL-85” MMC-nin fəaliyyəti ilə bağlı münasibət öyrənib mövzuya daha ətraflı bir daha qayıdacağıq.
Aktualinfo.org

Mənbə