22 noyabr 2023-cü il tarixində Bakı şəhərində “Sağlam Gələcək Naminə” QHT Koalisiyası tərəfindən icra olunan “Ailə məktəbi” institutunun yaradılmasının ictimai vəkillik” layihəsi çərçivəsində ilk dəyirmi masa keçirildi. Sağlam Gələcək Naminə” QHT Koalisiyasının rəhbəri Nərminə Qəribova koalisiya yanında yaradılmış “Ailə dəyərlərinin müdafiəsi komissiyası ilə birgə layihənin strategiyası və icrasını müzakirə etdilər. Komissiyanin üzvləri, layihənin rəhbəri Nərminə Qəribova, “Totem Psixologiya Mərkəzi”nın Rəhbəri Lalə Həmidli, Azərbaycan Qadınları Respublika Cəmiyyətinin sədri Bahar Qasımova, “Ailələrə Sosial Dəstək” İctimai Birliyinin sədri Esmira Rəhimova, “Dünya ana və uşaq” təşkilatının sədri, Dunyaxanim Əliyeva, “Ana və Uşaqların İnnovativ Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri, Aynur Zulfuqarli, Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri, Qəmzə Yusubova, “Səssiz Dünya” İctimai Birliyinin sədri Aidə Səfərova, “Səhiyyə və Sağlam Həyat” İctimai Birliyinin sədr müavini Könül Əlizadə, Psixoloq Nailə Əhmədova, Psixoloq Tovuz Hacıyeva, Sağlamlıq koçu Yana Məmmədova və Sağlamlıq koçu Qəndab Əliyeva layihəni və ailə institutları ilə bağlı ölkədəki mövcud vəziyyəti ətraflı müzakirə edərək “Ailə məktəbi” institutunun yaradılmasının zəruri olduğunu bildirdilər.
Komissiya tərəfindən təkliflər müzakirə edildi və növbəti addımlar təyin olundu.