Dünya ana və uşaq ictimai birliyi və Dunyaxeber.com infomasya aqentliyinin bir qurup numayəndələri Dünyaxanim Əliyeva,şairə Səriyyə dumanli, Qasimov Aqil və Mingəcevirdən ictimai fəal Vəliyeva Ceyran xanım Şəhid Alqayev Harun Məhəmməd oğlunun valideyinləriylə görüşdü.Şəhidin atası Harun haqqinda ürək dolusu təsüratlarını bölüşdürdü.Harun Alqayev14 iyul 1992-ci ildə Balakən rayonunda anadan olmuşdur. 1998-2006 illərdə Nəsimi adına 2 Nömrəli orta məktəbdə, 2007-2014 illərində Cəmşid Naxçıvanski adına hərbi liseydə, daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil almış və oranı kəşfiyyatçı ixtisası üzrə bitirmişdir.
2015-ci ildən “N” saylı hərbi hissənin kəşfiyyat bölüyünün ikinci tağım komandiri vəzifəsində , 2016-cı ildə kəşfiyyat bölüyünün kəşfiyyat tağım komandiri vəzifəsində xidmət etmişdir. 2018-ci ildə Baş Leytenant rütbəsini almışdır . 2020-ci ildə isə arzusunda olduğu XTQ daxil olmuş və az müddətdə qrupun baş kəşfiyyatçısı vəzifəsinə layiq görülmüşdür. 27.09.2020 başlayan döyüşlərdə saysız şücaətləri olmuşdur . 10.10.2020 tarixində Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Íctimai birliyinin sədri Dünyaxanım Əliyeva öz ürək sözlərini bildirdi. Azərbaycanın yeni tarixinə yazılan 44 günlük Vətən savaşı ərzində əsgərlərimizin hər biri öz şücaəti ilə qəhrəmanlıq dastanı yazdı. Canlarını Vətənə sipər edərək, qanlarını qurban verərək bayrağımızı zirvələrə dalğalandırdılar.ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizin və valideyinlərinə səbr diləyib, qarşılarında baş əyirik..Şairə Səriyyə dumanli, torpaqlarımızın yağı düşməndən azad edilməsi, 30 illik Dağlıq Qarabağ münaqişəsinə nöqtə qoyulduğu gün oldu. Haqq savaşımız əzmkar oğullarımızın polad iradəsi sayəsində cəmi 44 gün ərzində qələbə ilə başa çatdı, tarixi ədalət zəfər çaldı… Azərbaycan parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi. Vətən övladları bu müqəddəs savaşın qəhrəmanlarıdır.Alahdan şəhidimizə rəhmət,valideynlərinə isə səbir diləyirik!