“Azsığorta”nın avtomobili yanan vətəndaşa laqeyd münasibəti dəhşətə gətirib.
Tribunainfo.az xəbər verir ki, problemlə Sevda Həsənova üzləşib. “Azərsığorta, ayıbdır, bir nömrə verin zəng vuraq. Maşın yanır, zəng edirəm, deyir, Azərbaycan dilini seçirsizsə 1, rus dilini seçirsinizsə 2 rəqəmini yığın. Yığıram. Sonra deyir, yeni hadisədirsə 1, qiymətləndirmədirsə 2 rəqəmini yığın. Sonra yenə hansısa fikri deyir 1 və ya 2 nömrəsini yığın. Sonra da deyir sırada 2-ci adamsınız. Gözlə, ha gözlə. Sonra da deyirlər ki, hadisə vaxtı niyə zəng vurmamısınız? Bu biabırçılığa nə vaxt son qoyulacaq? İnsanların əsəbləri ilə bu qədər oynayarlarmı?” deyə, vətəndaş bildirib. //Tribunainfo.az//
Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır…