Regionlarda ödənişsiz hüquqi xidmət layihəsi başlamışdır.

Vətəndaş cəmiyyətinin mənafelərinin qorunub saxlanılması və xüsusən onların
həssas təbəqəsinin hüquqlarının təmini istiqamətində Amerika Birləşmiş Ştatlarının
Azərbaycan Respublikasındakı Səfirliyinin maliyyə dəstəyi ilə Araz Nurməmmədov
tərəfindən icra ediləcək “Regionlarda məskunlaşan aztəminatlı əhaliyə hüquqi yardım”
layihəsi başlamışdır.
Layihənin əsas məqsədi Şirvan şəhəri, Salyan, Neftçala, Saatlı, İmişli, Kürdəmir
və Saatlı rayonlarında məskunlaşan aztəminatlı əhalinin mediasiya xidmətlərinin
ödənişini qarşılanması və məhkəməyə təqdim olunmalı (dövlət rüsumu istisna olmaqla)
sənədlərin hazırlanmasını nəzərdə tutur.
Layihə 2023-cü ilin iyul – 2024-cü ilin mart aylarını əhatə edir.
Layihədən faydalanmaq istəyən yuxarıda adları çəkilən region əhalisi facebook
(pulsuz hüquqi xidmət səhifəsi), whatsApp ((050) 794-34-80) sosial şəbəkələr üzərindən
layihə rəhbərinin köməkçisi əlaqə saxlaya bilərlər.

Tarix: 01.08.2023