Dünya Xankəndi ilə bağlı həqiqətləri bilməlidir

Bu gün bölgəmizlə, xüsusilə, Xankəndindəki proseslərlə bağlı dünyada bir çox hallarda yanlış fikirlər dolaşır. Bəzi xarici media qurumlarında Xankəndində erməni əhalinin humanitar blokada da olması, dinc insanların aclıq, dərman qıtlığı problemi ilə üzləşməsi məsələsi qabardılır.

Təbii ki, bu, ermənilər və onların himayədarları tərəfindən ssenariləşdirilmiş şoulardır. Təəssüf  ki, bu teatrlaşdırılmış  səhnələrə dünyada inananlar, onları dəstəkləyənlər də var. Düşmən tərəfinin bu məkrli planlarını ifşa etmək üçün dünya dövlətlərinə, geniş auditoriyaya  daha məntiqli şəkildə izah olunmalıdır ki, bu ərazidə qanunsuz erməni silahlı birləşmələri var. Azərbaycanın  suveren ərazisində bu silahlıların qalması bölgənin gələcəyi və  orada yaşayan sadə erməni ailələrinin özləri üçün təklükəlidir.

Digər tərəfdən bu gün özünun hər hansı şəhərində  10 min qanunsuz silahlı  dəstənin qalmasına ABŞ, Fransa və başqa Qərb dövlətləri necə göz yuma bilər?  Axı sabitliklə, təhlükəsizliklə mövcud olan qanunsuz silahlı dəstələrin fəaliyyəti ziddiyyət təşkil edir. Gəlin, təsəvvür edək ki, bu gün erməni sevdalısı Fransanın, Kanadanın və digər birinin  hər   hansı şəhərində 5-10 min heç kimə tabe olmayan silahlılar peyda olub. O zaman bu dövlətlər necə davaranacaq? Təbii ki, öncə silahlıları zərərsizləşdirmək haqqında düşünəcəklər.  Xankəndində də mövcud  problemin  mahiyyəti buradan qaynaqlanır. Bunu geniş auditoriyalara izah etmək lazımdır.

Bu gün çox əhəmiyyətli məsələdir ki, Rusiya –Ukrayna müharibəsindən sonra dünyada separatizmə münasibət dəyişib. Hətta separatçılığın nə qədər qorxulu olduğunu  dərk etməyə başlayıblar. Separatizmin, terrorizmin rəngi, milliyyəti yoxdur. Bu dəhşətli bəla hər zaman  beynəlxalq hüquq sistemi ilə ziddiyyət təşkil edərək sabitliyə təhdiddir. Bunu anlamayanlara anlatmaq lazımdır.

Əkrəm Bəydəmirli