XƏYAL YAHYAYEVİN AİLƏSİ MƏHKƏMƏ HÜQUQ ŞURASINA MÜRACİƏT EDİB

Hörmətli Məhkəmə Hüquq Şurasının rəhbərliyi!
Xahiş edirəm bizə kömək edin. Oğlum Xəyal Yahyayevə ailəsilə görüşə, Zəngə qadağa qoyulub. Qadağaların aradan qaldırılması üçün Sizdən əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinə ərizə ilə müraciət etmişəm, sədrlə görüşmüşəm. Ali Məhkəməyə müraciət etmişəm, lakin hakim mövqeyini dəyişməyib.
Xahiş edirəm müdaxilə edin. Ombudsmana 100 dəfə qaynar xəttə zəng edib demişik, həkim göndərməyib, müdaxilə etməyib.
Qadağanın əsassız qanunsuz olduğu fakt ortadadır. Xəyal Yahyayev Apellyasiya şikayəti verib onu da ört basdır ediblər, baxılmağa yönəltməyiblər. Bu nə yanaşmadır, Məhkəmədə Xəyala danışmağa imkan vermədiyi kimi ailəsilə də danışmağa, görüşməyə hakim imkan vermir, qadağa qoyub. Bu nə Gestapo rejimidir, dinləyiciləri də gözüm çıxdıya salırlar.
Yüzlərlə Ağır Cinayətlər Məhkəməsində 178 maddə ilə işlərə baxılır müttəhimlər hamısı evlə danışır, yad adamlarla da danışır, hətta ev dustaqlığına buraxılır, insanların pullarını geri qaytarmağa şərait yaradırlar. Mənim oğlum 146 000 insanı necə aldada bilər, özü də fəaliyyət göstərdiyi 2 il müddətində? Ocos Token olaraq indi də var, oğlum içəridədir, çöldə minlərlə oğlum tanımadığı insanlar alqı-satqı edir, öz tronlink hesabını dolrurur. Şirkət insanların öz yatrımlarını qaytarmalıdır. Bəs niyə hakim imkan vermir, niyə verilən bütün vəsatətlər rədd edilir, obyektiv araşdırılmır. Bir iş qurmuşdular onu da görməzdən gəlirlər, necə ki özünü zərərəçəkmiş adlandıran şəxslər fakt ifadə verəndə yalan danışdıqları aşkarlanır, amma hakim yalan ifadəyə görə tədbir görmür. Vəkillər vəsatət qaldırır ki, ev dustaqlığına buraxılsın vəsatəti rədd edir. Şəxsən Müttəhim Gülarə Abdullayeva və qeyriləri Azad Məcidova, işi birtətəfli aparmasına etiraz edir, bu hal dəfələrlə təkrarlanır hakim yenə də heç nə olmamış kimi iclasa sədrliyi davam edir və Zərərçəkənlərin istəyini yerinə yetirir, müttəhimləri təhqir edir, təhid edir.
Mən Ərizə ilə müraciət etdiyimə görə Azad Məcidov daha da aqressivləşib, Xəyal Yahyayevə deyib ki, sən nə vaxt pulları gizlətdiyin yerdən gətirib 1 zərərçəkmişə versən onda baxarıq zəngə icazə verək yoxsa verməyək. Mənim gözümün ağı qarası oğlum Yahyayev Xəyal Xanış oğlunun iki azyaşlı uşağı var. Uşaqlar ruhən sarsılıb, ağlayır və xəstə düşüb ataları ilə danışmaq istəyir. Zərərçəkənlər Xəyal Yahyayevin hardansa səsini əldə edib və onun dedikləri sözləti təhrif edirlər, hakimə şikayət edirlər ki, Xəyal bizi qorxudur, içəridən çölü idarə edir, içəridə oturub çöldən pul yığır, insanları aldadır.. Əgər hakimin dediyi kimi istədiyi insanların pullarının geri ödənilməsidirsə vəkillərin ev dustaqlığı vəsatətini niyə təmin etmir?!. Əgər hakim dediyi kimi insanların pullarının qaytarılmasına çalışırsa bu səsdə Xəyal Yahyayev pulların verilməsindən, şəxsən çıxıb kimin nə qədər verdiyini şəxsi kabinetlərə daxil olub yoxladıqan sonra verəcəm demişdi. Oğlum Haqq- hesab edəcəm sözünü demişdir, Hakim ona deyib: “Sən haqq hesab edəcəm deyirsən, adamlara hələ bir hədə qorxu gəlirsən?! İndi sənin səsini kəsəcik, bəsdir milləti aldadıb pul yığdığın”. 20.11.2021-ci ildən bu günə kimi Xəyal Yahyayev Kürdəxanı İstintaq Təcridxanasında saxlanılır. 1 il istintaq getdi. 2022-ci ilin dekabr ayından isə işi Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun icraatındadır. Mənim oğluma Məhkəmə iclaslarında l fikir ifadə etməyə imkan vermir, hər dəfə təhdid edir və insanların içində aşağılayır. Bəlkə də proses tam videolentə alınmır, alınsaydı bu qədər basqılarla iclas apamazdı. Mənim danışmağa icazə verilsin deyə yazdığım ərizəni Hakim məhkəmədə elan edib və zərərçəkmişlərdən soruşur icazə verəkmi Xəyal ailəsilə danışsın? Bir bir fikrinizi bildirin. Zərərçəkmişlər də bir bir durub deyib ki, istəmirik danışsın, qadağanı qüvvədə saxlayın. qoy elə evdəkilər də özü də xəstə düşsün.
Məhkəmə Hüquq Şurasının diqqətinə onu da çatdırıram ki, zəng qadağasını məhz eyni şikayətçilər hakimdən tələb edib. Bu o şəxslərdir ki, məhkəmədə yalan ifadə verdiklərinə görə hakim tərəfindən tədbir görülmür. Onlar pulu sistemə könüllü yatırım edib, şəxsiyyət vəsiqəsini üzlərinə tutub onlayn qeydiyyatdan keçiblər, verdikləri pul səhifədə öz kabinetində anında görsənib, 24 saata Şirkətdən referal bonuslar da alıb, özləri komanda yığıb, istintaqa bir rəqəm, Məhkəmədə isə tamam artıq bir rəqəm deyirlər. Hakim proses iştirakçısı olmayan sadəcə məhkəməyə dinləyici qismində qatılan şəxsləri də sorğu-suala tutur, adamların şəxsiyyət vəsiqələrini alır, sonra da mühafizəçinin vasitəsilə zaldan çıxardır. Heç bir məhkəmədə Hakim dinləyici qismində zalda sakit oturan şəxsi qaldırb sorğu sual edib qorxudub çölə çıxartmır, amma bu hakim edir. Hər kəs qazanc əldə etdiyi səhifəyə görə bank vasitəsilə xidmət haqqı ödəyib, şikayətçilər o pulları da tələb edirlər. Hakim o bank əməliyyatlarını da heçə sayır və deyir o xidmət haqqı deyil, rüşvətdir, deyin rüşvət alıb. Xahiş edirəm Xəyalın SƏSİNİ DİNLƏYİN. 4 divar arxasında Təcridxanada hava almağa macal olmadığı bir halda mənim oğlum həbsdə necə pul yığa bilər, içəridən çöldəki insanları necə aldada bilər, içəridən çölü necə idarə edə bilər, çöldəkiləri qapalı yerdən necə təhdid edə bilər? Və əgər dedikləri kimi səsilə təhdid edibsə o təhdid nədən ibarətdir, nə deyib təhdid edib və hansı sözü cinayət tərkibi yaradıb təhdid hesab olunub. Bu ittihamlar Xəyaldan çox Penitensiar Xidmətin fəaliyyətinə kölgə salır. Bir şəxs İstintaq Təcridxanasndan bunların dedikləri özbaşınalıqları necə edə bilər?! Fakt Xəyal Yahyayev etməyib nə də edə bilməz. Xahiş edirəm bütün bu məsələlərə aydınlıq gətirin və qanunla Ədalətlə yoluna qoyun. Artıq dözülməz haldır bu müsibətlər davam etməsin.

M.Yahyayeva