- Təmənnasız sevgisini sübut edən – Akşin Hüseynli Bu gün 20 iyul, Qazi, Qubadlı və Xankəndi idman klublarının rəhbəri, GVB-nin idman departamentinin direktoru, WKC Karate Do federasiyasının sabiq birinci vitse-prezidenti Akşin Hüseynlinin 34 yaşı tamam olur. Akşin bəy dövlətinə və millətinə bağlı bir insan olduğu heç kimə sirr deyil. Artıq 14 ildən çoxdur ki, özünə həyat mövzusu vətənpərvərliyi, dövlətçiliyi seçərək rəhbərlik elədiyi idman klublarında vətənpərvər idmançılar yetişdirən, “Qarabağ Azərbaycandır!” şüarı ilə beynəlxalq arenalarda bayrağımızı yüksəldən, “Qarabağ” adı altında müxtəlif layihələrin rəhbəri olan, şəhid ailələri və qazilərlə daim maraqlanan Akşin Hüseynli öz təmənnasız sevgisindən doymadan daha da yeni layihələrlə xidmətinə davam edir. Keçən ilin yay aylarından etibarən Akşin Hüseynli tərəfindən Azərbaycanda ilk dəfə olaraq “Uşaqların Özünümüdafiə və İnkişafi” layihəsinə start verilib. Layihənin əsas məqsədi aztəminatlı və həssas qruplara aid ailələrdən olan uşaqların fiziki hazırlığının inkişafını, uşaqların asudə vaxtlarının səmərəli keçirilməsini, uşaqların bacarıqlarını kəşf edilərək düzgün istiqamətdə yönləndirilməsini təmin etməkdir. Hal hazırda Bakı şəhərində layihənin iki filialı tamamilə təmənnasız şəkildə fəaliyyət göstərir. İstənilən şəxs öz övladını tamamilə ödənişsiz şəkildə həmin dərslərə adını yazdıra və bu xidmətdən yararlana bilər. Gələcəyin güclü övladlarını yetişdirən, xidməti dövründə yaralanmağına baxmayaraq hər zaman döyüşə hazır olan və bu günə qədər təmənnasız şəkildə Azərbaycan balaları üçün xidmət edən belə vətənpərvər insanla fəxr etməmək mümkün deyil. Dünyaxeber.org kollektivi olaraq həmkarımızı ürəkdən təbrik edir, Akşin bəyə can sağlığı, firəvanlıq və bol idman nailiyyətləri və əsası doğma torpağımız olan Qarabağda bayrağımızı yüksəltməyi arzu edirik!.