Diabet ağır xəstəlikdir. Hər il diabetdən bir milyondan çox adam ölür və bu xəstəliyə hamı tutula bilər.
Dunyaxeber.org xarici KİV-ə istinadən xəbər verir ki, endokrinoloq Antonina Qureeva diabetin qarşısını almaq üçün bir neçə sadə məsləhət verib.
Belə ki, həkimin ilk məsləhəti artıq çəkidən qurtulmaqdır.
Qureevanın sözlərinə görə, bədən kütləsi indeksinin 25 və ya daha çox olması artıq çəki, 30 və ya daha çox isə piylənmə hesab olunur.
O qeyd edib ki, hər gün ən azı 30 dəqiqəlik güc məşq etməyi (məsələn, qaçış, velosiped sürmə, üzgüçülük) məsləhət görürü, çünki onlar xüsusilə təsirlidir.
“Lift əvəzinə pilləkənlə çıxmaq, telefonla danışarkən gəzmək və ya işə velosipedlə getmək faydalıdır”, – Qureeva deyib.
Araşdırmalara görə, Aralıq dənizi pəhrizi 2-ci tip diabetə qarşı profilaktik təsir göstərir.
Şiddətli yuxu pozğunluqları, o cümlədən yuxu apne sindromu diabetlə sıx bağlıdır. /konkret.az/