Bəzi qidalar hər zaman faydaları olduğu üçün geniş şəkildə istifadə olunur. Lakin bəzi qidalardın bilmədiyimiz zərərləri də ola bilər. Ona görə də, həmin qidalardan istifadə etməmişdən qabaq onun zərərləri barədə məlumatlı olmaq lazımdır.
Dunyaxeber.org istifadə edərkən diqqət edilməli olan qidaları təqdim edir.
Şüyüd – Çox vaxt hormon balanslaşdırıcı və ödem aradan qaldırıcı kimi tanınır. Lakin şüyüdün hormone balanslaşdırıcı tərkibi hamilə qadınlar üçün risk yaradır. O, hamiləlik dövründə əksinə, hormone balansına zərər verir. Həmçinin, narkotik maddə istifadəçilərinin də şüyüd yeməsi təhlükəlidir.
Turp – Tərkibindəki yüksək turşu və acı dadı ilə xüsusilə qışda süfrənin vazkeçilməzi olan turp da riskli qidalar sinfindəndir. Turp mədəyə ziyandır. Qastrit və xora kimi xəstəlikləri olan şəxslərə turp yemək tövsiyə olunmur. Ümumiyyətlə, hər halda az yemək lazımdır.
Qoz – Həddindən artıq yeyildikdə qoz da ciddi xəstəliklərə səbəb olur. Hamısıergiya yaradır. Gün ərzində 1 ovucdan çox qoz yemək dəri səpgiləri, şişlik və daxili orqanların zədələnməsinə gətirib çıxara bilər.
Alma – Alma toxumlarında siyanür var. Az miqdarda alma toxumu heç bir zərər verməsə də, çox miqdarda olarsa, zəhərlənmə təhlükəsi yaradır. Bu səbəbdən alma yeyərkən çəkirdəyini ayırmaq lazımdır. /bakupost.az/