Bakıdan Tbilisiyə uçan təyyarə GERİ QAYIDIB – SƏBƏB


AZAL QSC-nin tərkibinə daxil olan “Buta Airways” aviaşirkətinin J2 9225 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib. 

Bu barədə Bizim.Media-ya “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən məlumat verilib 

Qeyd olunub ki, buna səbəb Tbilisi hava limanı ətrafındakı hava şəraitinin qəfil pisləşməsi (tufan) olub. 

Təyyarə yerli vaxtı ilə saat 23:05-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib. 

Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Tbilisiyə yola düşəcəklər. 






Mənbə