Türkiyə Böyük Millət Məclisində prezident Ərdoğanın and mətnini oxumasına bir neçə dəqiqə qalmış Ankaraya leysan yağış və dolu yağıb. Türkiyə Böyük Millət Məclisinin Fəxri Zalını su basdı və işçilər sürətlə təmizləməyə başlayıbalar.
Dunyaxeber.org xəbər verir ki, mayın 28-də keçirilən seçkilərdə yenidən prezident seçilən Rəcəb Tayyib Ərdoğan 2028-ci ilə qədər davam edəcək səlahiyyət müddətinə rəsmən başlayır. Ərdoğan bu gün ilk dəfə Türkiyə Böyük Millət Məclisində keçiriləcək andiçmə mərasiminə qatılacaq.
PARLAMENTİN BİR HİSSƏSİNİ SU BASDI
Saat 15.00-da başlaması gözlənilən mərasimdən əvvəl Ankarada leysan yağış və dolu təsirli olub. Bəzi meydan və küçələrdə toplanan su səbəbindən avtomobillər irəliləməkdə çətinlik çəkib. Türkiyə Böyük Millət Məclisinin Fəxri Zalını da su basıb.
Eltac/Turkustan.az