“Ermənistan və Azərbaycan 1975-ci ilin xəritələri əsasında delimitasiyaya razılaşıblar” – Paşinyan

Rəsmi İrəvan və Bakı 1975-ci ilin sovet xəritələrinə əsaslanaraq delimitasiya aparmağa ilkin razılıq veriblər.

Dunyaxeber.org Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu baş naziri Nikol Paşinyan deyib.

Paşinyanın qeyd edib ki, müzakirəni faydalı hesab etmək olar:

“Danışıqların birinci bəndi tərəflərin Praqada razılaşdığı Alma-Ata Bəyannaməsi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı olub”.

O, həmçinin Ermənistan tərəfinin anklav kəndləri Azərbaycana qaytarmağa hazır olduğunu vurğulayıb.   /yenisabah.az/