Smartfon istifadəçilərinin diqqətinə: Bu proqramı endirmisinizsə, dərhal silin


Google Play Store tətbiq mağazasındakı “iRecorder Screen Recorder” adlı tətbiqin 1 ildir ki, istifadəçilərinə casusluq etdiyi ortaya çıxıb.

Dunyaxeber.org xəbər verir ki, 2021-ci ilin sentyabrında yayımlanan Android telefonlar üçün ekran yazıcısı funksiyasını yerinə yetirən “iRecorder Screen Recorder” adlı tətbiqin aldığı və səslərini qeyd edərək saxladığı yeniləmələr nəticəsində zərərli tətbiqə çevrildiyi diqqətə çatdırılıb.

ArsTechnica-nın xəbərinə görə, əvvəlcə zərərsiz görünən tətbiq, avqust ayında gələn yeniləmə ilə hər 15 dəqiqədən bir bir dəqiqəlik səs yazmağa və bu qeydləri proqram tərtibatçısının serverinə göndərməyə başlayıb.

“ESET” adlı antivirus şirkətinin tədqiqatçısı Lukas Stefanko proqramın “zərərli” son versiyasını açıqlayıb.

Stefankonun sözlərinə görə, proqram mağazadan silinməmişdən əvvəl 50.000 endirməyə çatıb.

Araşdırmalarını bloqunda yerləşdirən Stefanko, həmçinin oxucularını “sonradan məqsədi dəyişdirən tətbiqlərə” qarşı xəbərdarlıq edib.

Eltac/Turkustan.az